Dəm qazı hər gün can almaqdadır
Kimdir günahkar, vətəndaş, yoxsa əlaqədar təşkilatlar? Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Hadisə səhər saat 5.35 radələrində Hacıqabul şəhəri Ə. Vahid küçəsi 107/a ünvanında qeydə alınıb. Ağamalıyevlər ailəsinə məxsus mənzildə qaz cihazından sızan dəm qazı ailənin 6 üzvünü zəhərləyib. Digər bir məlumata örə, Azərbaycanda dəm qazı daha 4 nəfərin həyatına son qoyub. Dekabrın 3-də Səbail rayonu ərazisində yaşayan Afər Quliyev, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Arzu Nuriyev, Gəncə şəhərində yaşayan Flora Hacıyeva, Mingəçevir şəhərində yaşayan Akif Hüseynov evlərində dəm qazından zəhərlənərək ölüblər.
5 Dekabr 2016 14:28 SosialKimdir günahkar, vətəndaş, yoxsa əlaqədar təşkilatlar?
Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Hadisə səhər saat 5.35 radələrində Hacıqabul şəhəri Ə. Vahid küçəsi 107/a ünvanında qeydə alınıb. Ağamalıyevlər ailəsinə məxsus mənzildə qaz cihazından sızan dəm qazı ailənin 6 üzvünü zəhərləyib. Digər bir məlumata örə, Azərbaycanda dəm qazı daha 4 nəfərin həyatına son qoyub. Dekabrın 3-də Səbail rayonu ərazisində yaşayan Afər Quliyev, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Arzu Nuriyev, Gəncə şəhərində yaşayan Flora Hacıyeva, Mingəçevir şəhərində yaşayan Akif Hüseynov evlərində dəm qazından zəhərlənərək ölüblər. Az qala hər günümüzü bu tipli xəbərlərlə açmaq zorunda qalmışıq. Çünki havaların soyuması ilə paralel dəm qazından zəhərlənmə və qaz sızması nəticəsndə partlayış hallarının da sayı artıb. Bütün baş verənlərə, ölüm hallarına baxmayaraq qazdan zəhərlənmə və ölüm hallarının sayı günü-gündən artmaqdadır. Maraqlı məqam ondan ibarətdir ki, illərlədir qış fəslində hamı bu barədə danışır, telekanallarda maarifləndirci roliklər gedir, mətbuat yazır, amma qaz sızmasından parlayış hallarının sayı azalmır ki, azalmır. Yeri gəlmişkən qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə bildirilir ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir: "Qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir". Onu da qeyd edək ki, eyni məzmunlu müraciətlər hər il təkrarlanır. Bundan başqa, kommunal təsərrüfat birlikləri binaların tüstü-bacalarının təmizlənməsi üçün hər il əhaliyə müraciət ünvanlayır. Üstəlik bu işi müəyyən ödənc müqabilində həyata keçirilməısini də təklif edir. Bu isə o deməkdir ki, dövlət qurumları qismən də olsa üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışırlar. Qalır bircə əhalinin dövlət qurumları tərəfindən edilən çağırışlara reaksiyası. Görüntü isə ondan ibarətdir ki, vətəndaşlar həyatlarının təhlükə altında qalmasının fərqində deyillər. Yəni, dövlət qurumlarının xəbərdarlığı bəzi vətəndaşları hərəkətə gətirə bilmir. Məlumdur ki, hazırda əksər vətəndaşların istifadə etdiyi qaz xəttləri standartlara qəiyyən uyğun deyil. Xüsusilə, fərdi yaşayış evlərinə çəkilən qaz xəttləri bu baxımdan daha risklidir. Bu məsələdə vətəndaşlarla dövlət qurumların məsuliyyəti bərabər bölünür. Çünki, bu riskin əsası elə qaz xəttləri çəkilən zaman qoyulur. Mövcud qaydalara görə, vətəndaşlaın müraciətləri əsasında tender şirkətlər qaz xəttlərini çəkməli, "Azəriqaz" mütəxəssislərinin təhlükəsizlik qaydaları ilə bağlı rəyindən sonra vətəndaşların istismarına verməlidirlər. Reallıqda isə mənzərə tamamilə başqadır. Belə ki, tender şirkətləri vətəndaşlardan pulu alaraq qaz xətlərinin çəkilişini də onların boynuna qoyur. Bildirir ki, vətəndaşlardan aldıqları vəsait ancaq layihənin sənədlşəməsinə yetəcək. Çarəsiz qalan vətəndaşlar öz vəsaitləri hesabına qaz xəttini çəkdirir. Bunun üçün ən ucuz, ən keyfiyyətsiz materiallardan istifadə edilir, üstəlik işə cəlb edilən fəhlələr texniki təhlükəsizlik qaydalarından xəbərsiz olurlar. Nəticədə həm mal-material, həm də işçi qüvvəsi baxımından qabağa düşən tender şirkətləri qaz xətlərinin standartlara uyğunsuzluğuna göz yumurlar. Beləliklə, vətəndaş xərclədiyi külli miqdarda vəsait ödəməklə evinə "barıt çəlləyi" yerləşdirmiş olur. Bina evlərində isə fərqli mənzərə müşahidə olunmaqdadır. Nədənsə vətəndaşlar il boyu tənbəllik edərək bir dəfə də olsun tüstü-bacalarını təmizləməkdə maraqlı görünmürlər. Vaxtilə insanlar müyyən miqdarda cib xərcliyi verib bu işi mənzil istismar sahələrinin fəhlələrinə gördürərdilər. İndi isə oturub gözləyirlər ki, kimsə gəlib onların hesabına tüstü-bacanı təmizləyəcək. Mütəxəssislərin qənaətinə görə, bu işdə vətəndaşlar daha təşəbbüskar olmalıdırlar. Çünki söhbət onların və ailə üzvlərinni təhlükəsizliyindən gedir. Vəziyyət o həddə çatıb ki, insanlar nəinki sertifikatı olan qaz sobalarına üstünlük verir, əksinə kustar üsulla düzəldilmiş sobalara pul xərcləyirlər. Belə məlum olur ki, ya vətəndaşlar həyatlarından beziyiblər ki, işlrini etibarlı tutaraq standartlara uyğun qızdırıcı cihazlardan istifadə etmirlər, ya da ki, aidiyyatı qurumlar vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərindən mənzillərə çəkilən borular təlimata cavab vermir. Amma hər iki halda itirən və itgilərə məruz qalan vətəndaşlar olur. Odur ki, vətəndaşlar özlərinin və ailə üzvlərinin təhlükəsizliyini nəzərə alaraq sertifikartı olan qızdırıcı cihazlara üstünlük verməli, aidiyyatı qurumlardan isə texniki təhlükəsizlik qaydalarına riayət etmələrini tələb etməlidir.
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətindən verilən məlumata görə, dəm qazı ilə zəhərlənmənin səbəbləri müxtəlifdir. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, sobanın qapağının vaxtında bağlanmaması, yanacağa yanma üçün lazımi miqdarda havanın daxil olmaması kimi hallar boğulmaya səbəb ola bilər. FHN-ndən bildirilib ki, son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Araşdırmalar zamanı müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda qeydə alınır. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır.
Alim