Gündəm
Bakcell ən sürətli 4G şəbəkəsinin istifadəçiləri olan Klass abunəçilərinə eyni qiymətə ikiqat internet trafiki təklif edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Klass tarifləri ailəsinin abunəçilərinə eyni qiymətə ikiqat həcmdə internet trafiki təklif edən yeni kampaniyaya start verdiyini elan edir.
Quşlar yolu bağladı
Türkiyənin Bursa şəhərində havanın tempuraturunun 2 dərəcə düşüməsi ilə yem axtaran çoxlu sayda quşlar alcaqdan uçmağa başlayıblar. Yolu bağlayan quşlar zamanla tıxac yaradıblar. Təbiət fotoqrafı kimi tanınan Alper Tüydeş tərəfindən Katacabey qəsəbəsində Bursa Çanakqala yolunda fotoları çəkilən quşlar gözəl mənzərəyə səbəb olublar.
Bakıda qurulacaq ən böyük yolkanın yeri açıqlandı
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni il bayramı münasibəti ilə Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb. Neftçilər prospekti boyunca ağacların işıqlandırılması və bəzədilməsi işləri aparılır.
Saatlı sakini elektrik cərəyanı vurmasından ölüb
Saatlı rayon sakinini elektrik cərəyanı vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Saatlı rayonunun Xanlarkənd kəndində rayon sakini Rasim Həsənov transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurmasından ölüb. Araşdırma aparılır.
Kəsdiyi ağacın altında qalaraq öldü
Ağdaş rayonunda bədbəxt hadisə baş verib. DİN-dən “Olaylar” verilən məlumata görə, Ağdaş rayonunun Şəmsabad kəndində yaşayan Vaqif Sadıqov həyətində kəsdiyi ağacın üstünə düşməsi nəticəsində ölüb. Araşdırma aparılır.
Dəm qazı bir gündə 4 can aldı
Azərbaycanda dəm qazı daha 4 nəfərin həyatına son qoyub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dekabrın 3-də Səbail rayonu ərazisində yaşayan Afər Quliyev, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Arzu Nuriyev, Gəncə şəhərində yaşayan Flora Hacıyeva, Mingəçevir şəhərində yaşayan Akif Hüseynov evlərində dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırmalar aparılır.
46 yaşlı Sərdar Ortaç: “Arvadım uşaq doğmasa...”
Sərdar Ortaç bildirib ki, irlandiyalı həyat yoldaşı Xloya Louqhnan gələn uşaq doğmasa, övadlığa uşaq götürəcək.
Azərbaycanlı nazir oğlunun məşhur həyat yoldaşı ilə yeni fotosu
Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin həyat yoldaşı ilə yeni fotosu yayılıb. Safurə Əliyeva instagramda həyat yoldaşı və oğlu İsgəndərlə yeni fotosunu paylaşıb. Foto İstanbulda sahildə çəkilib.
Rusiyanın Ermənistandakı bazalarına silah təyyarələrlə çatdırılır
“Rusiya təyyarəsinin Azərbaycan üzərindən Ermənistana silah aparması haqqında informasiya yoxdur”.
ABŞ dövlət katibi İsrailin hərəkətlərini tənqid edib
ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Fələstin ərazilərində yaşayış məskənlərinin tikintisinə görə, İsraili tənqid edib.
Rusiyada polis polkovniki və 5 ailə üzvünün qətlində şübhəli bilinən azərbaycanlıların məhkəməsi başlayır
Bu gün Rusiyanın Samara vilayət məhkəməsində DİN-in regional bölməsinin keçmiş rəis müavini, polkovnik Andrey Qoşt və ailə üzvlərinin ölümündə şübhəli bilinən azərbaycanlıların məhkəməsi başlayır.
Yağış, sulu qar, qar yağacaq, yollar buz bağlayacaq
Bakı və Abşeron yarımadasında dekabrın 6-da arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
DİM: Azərbaycanda IX sinfi bitirən 30% şagird X-XI sinfə keçmir
“IX sinifdə buraxılış imtahanını verdikdən sonra 30% şagird X-XI sinfə keçmir. Onlar məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2% şagird gedir”. APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Rusiyada azərbaycanlı qadın doğuş zamanı ölüb
Rusiyanın Blaqoveşensk şəhərindəki doğum evində 23 yaşlı azərbaycanlı qadın doğuş zamanı ölüb. APA-nın “teleport2001.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 2-də axşam saatlarında baş verib.
Prezident qonaq oldu
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Kayseridə mitinqdə olarkən bir pankart diqqətini çəkir. “Davan davamız, bu yolda gönül verdik, çayımızı demledik, sizi de beklerik” şuarının sahibi ilə tanış olmaq istəyib. Pankartın müəllifi Ali Rıza Özderici İmam Hatip liseyinin sonuncu sinfində təhsil alan Pembe Betül Karasun olduğu məlum olub. Melikgazi qəsəbəsində yaşayan 17 yaşındakı Betülün pankartdakı dəvətini qəbul edən prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı, Binali Yıldırım, Mehmet Özhaseki ilə birgə ziyarət edib. Prezident gənc qıza Qurani – Kerim və Muzaffer Kahramanın “Susturamazsınız” adlı kitabına “Sevgili Betül kızıma sağlıqlı və başarı dolu bir ömür dileğiyle” sözlərini yazıb.














