Rusiyanın Ermənistandakı bazalarına silah təyyarələrlə çatdırılır
“Rusiya təyyarəsinin Azərbaycan üzərindən Ermənistana silah aparması haqqında informasiya yoxdur”.
5 Dekabr 2016 12:52 Dünya"Rusiya təyyarəsinin Azərbaycan üzərindən Ermənistana silah aparması haqqında informasiya yoxdur". Bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə "new.am" saytına bildirib.
Mənbə onu təsdiq edib ki, Rusiyanın Ermənistandakı "Erebuni" hava bazasına və Gümrüdə yerləşən 102-ci hərbi bazaya təyyarələrlə silah çatdırılır: "Lakin L-76 hərbi-nəqliyyat təyyarəsi Ermənistana uçmurdu".
Qeyd edək ki, Azərbaycan Rusiyanın L-76 hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb və təyyarəni Soçiyə qayıtmağa məcbur edib.
Pilotla dispetçerin danışıqları "GalandecZP" bloggerində dərc edilib. Təyyarə Ermənistan istiqamətində uçurdu. "İrəvana qədər uça bilmirik. Azərbaycan buraxmır. Uçuş qadağan edilib", - dispetçer qeyd edib. Sonra təyyarə ekipajı Soçi aeroportuna qayıtmaq barədə komanda alıb. Təyyarənin Ermənistana silah apardığı haqda məlumatlar var. Publika.az