“JEK”lər niyə ləğv edilmir?

Bu strukturun saxlanmasında kimlərin marağı var? Dünya bazarında neftin qiymətinin ucuzlaşması, iqtisadiyyatında baş verən geriləmənin ölkəmizə təsiri dövlət qurumlarında struktur islahatlarının aparılmasını zəruri edib. Ekspertlərin qənaətinə görə, Azərbaycanda bir-birini təkrarlayan dövlət qurumlarının sayı kifayət qədər çoxdur. Odur ki, həmin təşkilatların azaldılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Belə ki, artıq ölkədə bir sıra struktur islahatları reallaşdırılıb. Lakin bütün bunlara baxmayaraq maraqlıdır ki, 2009-cu ildən bəri ləğv olunacağı gözlənilən mənzil istismar sahələri, yəni əhalinin "JEK" kimi tanıdığı qurumlar hələ də fəaliyyətlərini davam etdirirlər. Ölkədə ciddi struktur islahatlarının aparıldığı bir dövrdə "JEK"lər nədənsə yada düşmür. Yeri gəlmişkən qeyd edək ki, ötən həftə Milli Məclisdə aparılan büdcə müzakirələri zamanı Mənzil-Kommunal İstiasmar sahələrinin (MKİS-“JEK”) özəlləşdirilməsinin mümkünlüyü ifadə olunub. Məlumat üçün bildirək ki, yeni "Mənzil Məcəlləsi"nə əsasən, "JEK"lər ləğv olunmalı və əvəzində yeni idarəçilik sistemi yaradılmalıdır. Onların funksiyalarının müəyyən hissəsini bələdiyyələr, müəyyən hissəsini isə yeni yaradılacaq məhəllə komitələri həyata keçirməlidir. Qeyri-rəsmi məlumatlara görə, hazırda ölkəmizdə 200-ə yaxın "JEK" var və bunlardan 150-si paytaxtda fəaliyyət göstərir.

Bu strukturun saxlanmasında kimlərin marağı var?

Dünya bazarında neftin qiymətinin ucuzlaşması, iqtisadiyyatında baş verən geriləmənin ölkəmizə təsiri dövlət qurumlarında struktur islahatlarının aparılmasını zəruri edib. Ekspertlərin qənaətinə görə, Azərbaycanda bir-birini təkrarlayan dövlət qurumlarının sayı kifayət qədər çoxdur. Odur ki, həmin təşkilatların azaldılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Belə ki, artıq ölkədə bir sıra struktur islahatları reallaşdırılıb. Lakin bütün bunlara baxmayaraq maraqlıdır ki, 2009-cu ildən bəri ləğv olunacağı gözlənilən mənzil istismar sahələri, yəni əhalinin "JEK" kimi tanıdığı qurumlar hələ də fəaliyyətlərini davam etdirirlər. Ölkədə ciddi struktur islahatlarının aparıldığı bir dövrdə "JEK"lər nədənsə yada düşmür. Yeri gəlmişkən qeyd edək ki, ötən həftə Milli Məclisdə aparılan büdcə müzakirələri zamanı Mənzil-Kommunal İstiasmar sahələrinin (MKİS-"JEK") özəlləşdirilməsinin mümkünlüyü ifadə olunub. Məlumat üçün bildirək ki, yeni "Mənzil Məcəlləsi"nə əsasən, "JEK"lər ləğv olunmalı və əvəzində yeni idarəçilik sistemi yaradılmalıdır. Onların funksiyalarının müəyyən hissəsini bələdiyyələr, müəyyən hissəsini isə yeni yaradılacaq məhəllə komitələri həyata keçirməlidir. Qeyri-rəsmi məlumatlara görə, hazırda ölkəmizdə 200-ə yaxın "JEK" var və bunlardan 150-si paytaxtda fəaliyyət göstərir.
Hüquqşünas Alim Hüseynli bildirib ki, hazırkı Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir: "Çünki Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Buna görə də mövcud hüquqi baza əsasında Nazirlər Kabinetinin tək sərəncamı yetərlidir ki, bu qurumlar ləğv olunsun və səlahiyyətləri bələdiyyələrə keçsin. Çünki indiki qanunvericiliyə və mövcud quruluşa əsasən MİS-lər izafi bir qurumdur". Onun sözlərinə görə, 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti nəzərdə tutulmur. Belə ki, Mənzil Məcəlləsinə məlum dəyişikliklərdən sonra mənzil istismar sahələri idarəetmə qurumu olaraq qalmamalı və onun yerində kondominiumlar (MMMC-lər) yaradılmalı idi. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, Azərbaycanda kondominium tipli müştərək birliklərin sayı barmaqla saymaq olar. Hələ də çoxmənzilli binaların idarəçilik sistemi köhnə qaydalara əsaslanır. Bu isə binaların idarəçiliyindəki mövcud problemləri həll etməyə imkan vermir: "2009-cu ildə yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və onun yerlərdəki qurumlarının taleyi sual altında qalıb. Yeni idarəetmə metodları isə müəyyənləşdirilməyib. Məcəllənin 141-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın üç idarə edilməsi üsulundan birini seçməyə borcludur. Bunlar binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi, idarəedici təşkilat tərəfindən idarə edilməsindən ibarətdir. Göründüyü kimi, mənzil fondunun hər üç (dövlət, bələdiyyə və özəl) mülkiyyət formasında MİS-lərin xidməti barədə heç nə deyilmir. Məcəllədə əsasən müştərək cəmiyyətlərin və ya ixtisaslaşmış istehlak kooperativlərinin yaradılması və idarəedilmənin onlara verilməsi nəzərdə tutulur". Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, Mənzil-Kommunal İstismar sahələrinin özəlləşdirilməsinin cəmiyyətə heç bir xeyri olmayacaq: "On dənə "JEK"in əvəzinə, iki Mənzil Müştərək Cəmiyyəti formalaşdırılmalıdır. Mənzil mülkiyyətçilərinə şərait yaradılmalıdır ki, müvafiq şəkildə fəaliyyət göstərə bilsinlər. Bu, daha yaxşı addım olar, nəinki özəlləşdirmək. İnsanlarımıza da normal xidmət göstərilər". Ekspert deyib ki, vətəndaşın mənzilini nəyə görə digər şəxslər idarə etməlidir: "Milyonlarla vəsait büdcədən yayındırılıb. Mənzil-Tikinti koorperativlərinin rəhbərləri alqı-satqı və müqaviləsinin dəyişdirilməsinə görə əhalidən nə qədər pul yığırlar. Buna bir son qoyulmalıdır. Bu nə mexanizmdir. Milli Məclis hər sıradan təklif yeri deyil. Bundan əvvəlki qanunvericilik aktlarını, normativ hüquqları oxusunlar. Daha sonra isə fikir bildirsinlər". İqtisadçı ekspert Vüqar Bayramov deyib ki, mövcud qanunvericiliyə əsasən, "JEK"lər təsərrüfathesablı qurumlardır: "Təsərrüfathesablı qurumlar kimi "JEK"lərin gəlirlərinin əhəmiyyətli hissəsi məhz əhaliyə xidmət nəticəsində əldə edilən vəsaitlər hesabına formalaşır. Struktur islahatlarında "JEK"lərin ləğv edilməsi düşünmürəm ki, maliyyə resurslarına ciddi qənaətdir. Lakin bu sektorda çevikliyin təmin edilməsi və şəffaflığın artırılması baxımından vacib hesab olunur. "JEK"lərin indiki formatda fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Çünki müəyyən xidmətlər var ki, artıq bələdiyyələr tərəfindən göstərilir, müəyyən xidmətlər də var ki, bina sakinlərinin özləri tərəfindən həyata keçirilə bilər".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31