Gündəm

Prezident İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib - YENİLƏNİB

6 Dekabr 2016 16:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları, Daxili İşlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olundu. Səfər zamanı Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyi vurğulandı, əlaqələrimizin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.

8 yaşlı Hüseyni qaçıran "İŞİD"çiyə HÖKM OXUNDU

6 Dekabr 2016 16:47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özünü "İŞİD"çi kimi təqdim edərək 8 yaşlı uşağı qaçırıb atasından pul tələb etməkdə təqsirləndirilən Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Kılıçdaroğlunun baş müşaviri HƏBS OLUNDU

6 Dekabr 2016 16:44

İstambulun baş prokurorluğu Fateh Gürsulu – Türkiyənin CHP ana müxalifət partiyası sədri Kamal Kılıçdaroğlunun baş müşavirini həbs edib.SİA xəbər verir ki, bu barədə “Hürriyyət”in elektron informasiya bülletenində yazılıb.

ETSN: 11 rayonda sürüşmə sahələləri aktivləşib

6 Dekabr 2016 16:42

Son dövrlərdə respublikanın müxtəlif rayonları, xüsusən Şamaxı, İsmayıllı, Quba, Gədəbəy, Ağsu, Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı, Cəlilabad rayonları ərazilərindəki sürüşmə sahələrində aktivləşmə müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, mövcud sürüşmə sahələrində aktivləşmənin müşahidə olunması ilə bərabər ölkədə yeni sürüşmə sahələri yaranır.

Vətənpərvərliyi təbliğ edən reklam çarxları artırılmalıdır

6 Dekabr 2016 16:38

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib.

Vladimir Putinin ən böyük arzusu

6 Dekabr 2016 16:33

Rusiyanın Çelyabinski vilayətində ki, “Eterno” fabrikin işçiləri ilə görüşən Rusiya prezidenti Vladimir Putin hakimiyyəti bitdikdən sonra etmək istədiklərini açıqlayıb. Fabrikdə çalışan bir işçi öz xəyalından prezidentə bəhs edib. Sonra isə eyni sualı Putinə ünvanlayıb. Putin cavabında bunları qeyd edib: “ Vəzifəmi uğurla bitirmək istəyirəm. Səyahət etməyi çox sevirəm. Bu gün mənim bütün səyahətlərim ancaq belədi: hava limanına gəlirəm, oradan bir binaya daxil oluram və yenidən hava limanına dönürəm.Təbbi ki, başaqa cür səyahət etmək istərdim. Təbiəti gəzmək, tarixi yerləri görmək ən böyük arzumdu”.

İntihar edən məşhurlar

6 Dekabr 2016 16:32

Dünya tarixindən bu günümüzə qədər bir çox yazarın intihar etməsi hər kəsə məlumdu. Bu initaharların hər birinin ayrı – ayrı səbəbləri var. Aşağıda adları qeyd olunan yazışıların hamısı intihar etmiş yazıçı kimi tarixə düşən şəxslərdi.

AzTU-nun nümayəndəsitürk dünyasının beynəlxalq elmi konfransında iştirak edib

6 Dekabr 2016 16:15

“Türk Eğitim-Sen və UluslararasıAvrasya Eğitim Sendikaları Birliği” (UAESEB) tərəfindən təşkil olunan “Beynəlxalq Türk Dünyası Təhsilsistemi və Sosial elmlər” mövzusunda keçirilən konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Akif Cahangirov da iştirak edib.

Daha 10 dini icmaya maliyyə yardımı ayrılıb

6 Dekabr 2016 16:14

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. Səyyad Salahlı dini icmalara həyata keçirəcəkləri layihələr çərçivəsində milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib. Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağın, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin, ümummilli maraqlardan çıxış etmələrinin vacibliyini bildirib. Səyyad Salahlı icmaları radikalizmlə mübarizədə daha fəal olmağa çağırıb. O, dini icma sədrlərinə müvafiq tövsiyələrini verib.

Ceyhan limanından 2,3 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

6 Dekabr 2016 16:13

Cari ilin noyabr ayı ərzində 2 milyon 345 min 740 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın xəbərinə görə, bu həcmin 1 milyon 528 min 526 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 milyon 753 min 098 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il dekabr ayının 1-ə qədər Ceyhan limanından 317 milyon 946 min 870 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Politoloq: “ABŞ-dakı erməni lobbisinin gücü zəifləyib”

6 Dekabr 2016 16:12

“Donald Trampın prezident seçilməsi erməniləri ciddi narahat edir. Çünki prezident seçkilərində ABŞ-dakı erməni təşkilatları seçki kampaniyasında iştirak etmədilər”. SİA-nın məlumatına görə, bunu Siyasi innovasiya və Texnologiya Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu cari ilin noyabr ayında beynəlxalq və regional proseslərin yekununa dair keçirdiyi mətbuat konfransında deyib.

MQF-nin qurultayına namizədliklərin irəli sürülməsi kampaniyasına başlanıldı

6 Dekabr 2016 16:04

23 dekabr 2016-cı ildə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun IX Qurultayı keçiriləcək. Bu barədə Təşkilat Komitəsindən “Olaylar”a verilən məlumata görə, artıq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanıb. MQF-nin IX Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcək.

İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq

6 Dekabr 2016 16:01

"8 ildə böyük işlər görmüşük. Bu gün həmin işlərə baxmaq olar. Bizim üçün əsas Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün dinlərə və xalqlara hörmətli münasibət və Rusiya cəmiyyətinə inteqrasiya olub".

QHT-lərə Dövlət Dəstəyi Şurası niyə hədəfdədir?

6 Dekabr 2016 15:44

“Bir müddət öncə, yazdığım bir statusda ATƏT Parlament Assambleyasının vitse-prezidenti postuna millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin seçilməsini son illərin ən cidddi diplomatik uğurlarından biri kimi qeyd etmişdim. 2006-2010-cu illərdə məhz bu Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olduğuma və oradakı prosedurun mürəkkəbliyini bildiyimə görə, Azay Quliyevin bu uğurunun nə qədər çətinliklə və gərgin çalışmalarla qazanıldığını xüsusi olaraq vurğulamışdım.

Erməni kilsəsi Avropa Məhkəməsinə şikayət etdi – ƏRAZİ İDDİASI

6 Dekabr 2016 15:41

Erməni Apostol Kilsəsinin Boyük Kilikiya Evinin katalikosu I Aram Kilikiya monastırının onlara qaytarılması haqqında Türkiyəyə qarşı iddia ilə Avropa İnsan Haqları Mərkəməsinə müraciət edib.