AzTU-nun nümayəndəsitürk dünyasının beynəlxalq elmi konfransında iştirak edib

“Türk Eğitim-Sen və UluslararasıAvrasya Eğitim Sendikaları Birliği” (UAESEB) tərəfindən təşkil olunan “Beynəlxalq Türk Dünyası Təhsilsistemi və Sosial elmlər” mövzusunda keçirilən konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Akif Cahangirov da iştirak edib.

"Türk Eğitim-Sen və UluslararasıAvrasya Eğitim Sendikaları Birliği" (UAESEB) tərəfindən təşkil olunan "Beynəlxalq Türk Dünyası Təhsilsistemi və Sosial elmlər" mövzusunda keçirilən konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Akif Cahangirov da iştirak edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, beynəlxalq sosial məsələlərin, xüsusilə həmkarlar ittifaqlarının işinin, həmçinin təhsil sahəsinin müasir problemlərinin müzakirə olunduğu konfransda məruzəçilər təmsil etdikləri ölkələrdə həmin sahələrdəki vəziyyət haqqında da məlumat veriblər. Akif Cahangirov "Təhsildə müasir informasiya-rabitə texnologiyalarının tətbiqi" adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Azərbaycan təhsil sistemində qabaqcıl texnologiyalardan geniş istifadə olunur. Akif Cahangirov həmçinin bildirib ki, ölkəmizdə həmkarlar itiffaqlarının işi qabaqcıl dünya təcrübəsinə əsasən qurulub və ədalətli prinsiplərlə həyata keçirilir. Türkiyə ilə Türk dünyası arasındakı əlaqələrin genişləndirilməsi məqsədilə keçirilən konfransda dəvət olunan digər alimlərin elmi məqalələri də dinlənilib. Geniş marağa səbəb olan konfransda qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31