Gündəm
Əmək Nazirliyində görüş
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərdə olan Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin prezidenti Devid Yevangelista və Komitənin inkişaf üzrə direktoru Kşiştof Krukovski ilə görüş olub. Görüşdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və vitse-prezidenti Rövşən Məmmədov, Azərbaycan Xüsusi Olimpiya İcraiyyə Komitəsinin üzvləri, millət vəkilləri Fazil Mustafa və Müslüm Məmmədov da iştirak ediblər.
Rusiya ilə bağlı ikili yanaşmamız d avam edəcək
Rusiya ilə itirdiyimiz zamanı kompensasiya edəcəyik
"Rusiya və Türkiyə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən iri layihələrin reallaşdırılması üçün potensiala malikdir".
2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır
Dekabrın 6-da Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb. Əvvəlcə MM sədri Oqtay Əsədov bildirib ki, dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib: “Neftin qiymətinin 3 dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub. Buna görə də Azərbaycan Mərkəzi Bankının monetar siyasətində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb. Azərbaycan prezidentinin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. 2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır.
“Rusiya Ermənistanın təxribat imkanında olan qoşun korpuslarını özünə birləşdirir”
“Rusiya Ermənistana etibar etmir və onu nəzarət altına alır”. SİA-nın məlumatına görə, bunu Siyasi innovasiya və Texnologiya Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu cari ilin noyabr ayında beynəlxalq və regional proseslərin yekununa dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Ermənistanın müstəqil xarici siyasəti olmayacaq və yalnız KTMT üzvü kimi Rusiya ilə müştərək xarici siyasət aparacaq: “Ermənistan orusu da Rusiya tərəfindən nəzarətə götürülür. Bəlkə də Rusiya Ermənistanın 4 və 5-ci korpuslarını 102-ci hərbi hissəyə qatmaqla bu ölkənin ali baş komandanının tabeçiliyində olan ordunu zəiflədir. Birləşmiş qoşun qruplaşması haqqında imzalanmış sazişin fəlsəfəsi də bundan ibarətdir”.
ABŞ səfiri: "Qarabağ münaqişəsinin həlli üçün birlikdə işləməliyik"
"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün yolların axtarılmasında ATƏT-in Minsk qrupu ilə birlikdə işləməliyik". Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz "Lragir"in suallarını cavablandırarkən bildirib.
Matçı buraxıb onu izlədilər
İngiltərə Premyer Liqasının son turunda oynanılan “Everton” – “Mançester Yunayted” matçında tribunada yer alan “Çelsi” azarkeşi bütün diqqəti özünə cəlb etdi.
Saakaşvilinin Ukraynadakı partiyasına 20 min insan üzv olub
Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili yaratdığı partiyaya üzv olanların sayını açıqlayıb. Eks-qubernator bu barədə öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, hələ tam formalaşmayan partiyaya artıq 20 min nəfər üzv olub. O, “Bizim partiyaya üzv olmaq üçün artıq 20 min insan qeydiyyatdan keçib. Ancaq kəmiyyət əsas deyil. Mən demək istəyirəm ki, Ukraynada, nə də bir başqa ölkədə bu qədər keyfiyyətli partiya fəalları görməmişəm”,-yazıb.
Bugünkü hərracda “Vüqar” şadlıq evi satıldı - 74 min 800 manata
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac həyata keçirilib. Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, 06 dekabrda baş tutan tarixində hərracda 5 kiçik dövlət müəssisə və obyekti, 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.
Dörd ölkənin dollardan imtinası inandırıcı deyil
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya, Çin və İranla öz aralarında apardıqları ticarətdə dollardan imtina edəcəkləri haqda bəyanatı dolların məzənnəsinə təsir etməyəcək. Dünya bazarında dollar möhkəmlənməkdə davam edəcək”. Bunu açıqlamasında İiqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, hazırda Rusiya ilə Türkiyə arasında illik ticarət dövriyyəsi 23,9 milyard dollardır. Digər tərəfdən, həmin anlaşmanın icrası və monitorinq imkanları xeyli şübhəlidir: “Çünki əvvəlki dövrlərdə bununla bağlı cəhdlər olmuşdu, amma reallıqda dollarsız ticarət dövriyyəsi mümkün olmadı. Ona görə də razılaşma olsa belə, bunun yerinə yetirilməsi xeyli çətindi. Yəni dövlətlər razılaşa bilər, əhalinin, biznesin dollardan imtina etməsi real görünmür”.
Şirvandakı faciəylə bağlı həbs edilənlər var
Türkiyədə mədən qəzasıyla bağlı yeni məlumatlar var. Siirtin Şirvan rayonunda yerləşən mədəndə baş verən qəzayla bağlı başladılan istintaq əməliyyatı çərçivəsində daha 4 şübhəli saxlanılıb.
İranda vertolyot QƏZAYA UĞRADI: yaralılar var
İranda helikopter qəzası baş verib. Qəza zamanı təyyarədə olan 8 sərnişin yaralı halda tapılıb. Bunu İran Qırmızı Aypara Cəmiyyətinin Tehran əyaləti üzrə nümayəndəliyinin rəsmisi Mürtəza Muradipur bildirib ki, qəza zamanı müxtəlif xəsarətlər alan həmin şəxslər xəstəxanaya çatdırılıblar.
Qadın terrorçu etiraf etdi
Türkiyənin İzmir şəhərinin şəhərlərarası avtovağzalında təhlükəzlik qüvvələri əməliyyat həyata keçiriblər. Şəhərə etiraz mitinqində iştirak etmək üçün gələn MLKP terror qruplaşmasının üzvü olan S.B adlı qadın terrorçu saxlanılıb.
Azərbaycanda adı "Qırmızı kitab"a düşən quşları ovlayan şəxs tutulub
Biləsuvar rayonunda adı "Qırmızı kitab"a düşən quşları qanunsuz olaraq ovlayan şəxs tutulub. "Report"un Aran bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı rayonun Nəsimikənd kənd sakini Cavid Qasımov tutulub. Məlum olub ki, rayonun Şəhriyar adlanan ərazisində qanunsuz ov edən C.Qasımov adı "Qırmızı kitab"a düşən 13 ədəd Bəzgək quşunu ovlayıb. Onun istifadə etdiyi ov tüfəngi qeydiyyatsız olduğu üçün polis tərəfindən götürülüb.
Baş bankir: “9 il əvvəl başlayan böhranı bu il hiss etdik”
"2008-ci ildən başlayan böhrandan ötən 9 ildə biz yalnız bu il böhranı hiss etdik". Bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, AMB-nin idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyət olub: "Cari ildə ilin əvvəli ilə müqayisədə manat cəmi 11% ucuzlaşıb. 2016-cı ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir".














