Saakaşvilinin Ukraynadakı partiyasına 20 min insan üzv olub
Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili yaratdığı partiyaya üzv olanların sayını açıqlayıb. Eks-qubernator bu barədə öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, hələ tam formalaşmayan partiyaya artıq 20 min nəfər üzv olub. O, “Bizim partiyaya üzv olmaq üçün artıq 20 min insan qeydiyyatdan keçib. Ancaq kəmiyyət əsas deyil. Mən demək istəyirəm ki, Ukraynada, nə də bir başqa ölkədə bu qədər keyfiyyətli partiya fəalları görməmişəm”,-yazıb.
6 Dekabr 2016 15:18 DünyaOdessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili yaratdığı partiyaya üzv olanların sayını açıqlayıb. Eks-qubernator bu barədə öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, hələ tam formalaşmayan partiyaya artıq 20 min nəfər üzv olub. O, "Bizim partiyaya üzv olmaq üçün artıq 20 min insan qeydiyyatdan keçib. Ancaq kəmiyyət əsas deyil. Mən demək istəyirəm ki, Ukraynada, nə də bir başqa ölkədə bu qədər keyfiyyətli partiya fəalları görməmişəm",-yazıb.
Qeyd edək ki, daha əvvəl eks-prezident "Yeni güclərin hərəkatı" adlı partiya yaradacaqlarını elan etmişdi. Qafqazinfo.az