Gündəm
Azərbaycanda yeni məşğulluq strategiyası hazırlanacaq
Azərbaycanda yeni məşğulluq strategiyası hazırlanacaq. “Olaylar” xbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib: “Yeni məşğulluq strategiyası hazırlancaq. İşsizlikdə icbari sığorta yaradılacaq.
"Vergilər layihəsi" ölkə başçısına təqdim ediləcək
"Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi məqsədi ilə hazırlanan layihə yaxın zamanlarda ölkə başçısına təqdim ediləcək”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisinin iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Deputat deyib ki, sözügedən sənəd əsasında islahatlar davam etdiriləcək: “Vergi sistemində şəffaflığın təmin olunmasına nail olmaqla, büdcədə vergidən daxilolmaları artırmaq mümkün olacaq”.
Komitə sədri pul kütləsinin həcminin artırılmasını təklif edir
Azərbaycanda iqtisadi fəallığın təmin olunması üçün pul kütləsinin həcmi artırılmalıdır. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
İnsanların şəxsi həyatlarına müdaxilə edirlər
“Bu gün sözün həqiqi mənasında bir sıra insanlar yalan, düzgün olmayan ünvanlardan istifadə edərək ayrı-ayrı şəxslərlə bağlı yalançı informasiyalar verirlər, onların şərəf və ləyaqətini alçadırlar. Bir növ həmin insanların şəxsi həyatlarına müdaxilə edirlər. Təbii ki, bunların sayı kifayət qədərdir”. Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
"Yanan bina" işi: zavod direktorunun xəbəri yoxmuş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Prezidentin xəbərdarlığını ciddiyə almaq ermənilər üçün olduqca faydalıdır
Azər Verdiyev: “Əks halda durumları indikindən də pis hala düşəcək” Məlum olduğu kimi ötən həftə sonu Azərbaycan Respublikasının Prezidenti yenidən vəbhə xəttinə səfər edərək Ağdam və Tərtər rayonlarında olub. Səfər çərçivəsində dövlət başçısı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Tərtərdə yeni inşa olunmuş "N" saylı hərbi hissədə olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana məlumat verib ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.
Bakıda repetitorluq edən müəllimlərlə məktəb arasında müqavilə imzalanacaq
Bakıda repetitorluq edən müəllimlərlə məktəb arasında fəaliyyət müqavilələrinin imzalanması nəzərdə tutulur.
Litvada «Bakı-Tbilisi-Qars Dəmiryolu xətti: Gözləntilər və imkanlar» kitabı nəşr edilib
Litvada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici auditoriya üçün hazırladığı növbəti nəşr - «Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar» (Baku-Tbilisi-Kars Railroad: Future Opportunities and Prospects) kitabı geniş tirajla ingilisdilli oxuculara təqdim olunub.
Keçən ay BTC kəməri ilə 2 milyon ton Azərbaycan nefti nəql olunub
2016-cı ilin noyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 072 min 571 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın xəbərinə görə, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 milyon 476 min 233 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il dekabr ayının 1-ə qədər BTC-yə 319 milyon 151 min 612 ton neft vurulub. Bundan başqa, 2016-cı ilin noyabr ayında BTC kəməri ilə 344 min 987 ton Türkmənistan nefti nəql olunub.
Beynəlxalq hüquq jurnalı çap edilib
Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan həqiqətlərinin “Beynəlxalq hüquq” jurnalının xüsusi buraxılışı vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsini yekunlaşdırıb. “OLAYLAR”-ın xəbərinə görə, layihə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasından bəhs edir. Layihə çərçivəsində Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti tərəfindən təsis edilən və 1993-cü ildən Azərbaycan, rus və ingilis dillərində çap olunan və beynəlxalq səviyyədə tanınan “Beynəlxalq hüquq” jurnalının xüsusi buraxılışı vasitəsi ilə hüquqşünasların, politoloqların, iqtisadçıların və digər mütəxəssislərin hazırladığı materiallar çap edilib və çoxlu sayda ölkələrdə yayılıb. Layihənin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağ hadisələri və Xocalı soyqırımı barədə hüquqi və tarixi faktlara əsaslanmış məlumatların Avropa ölkələrində yayılıb.
Ermənistan niyə danışıqlardan qaçır?
“Belə mövqe Rusiyadan verilən dəstəkdən qidalanır” Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonu qoruyub saxlamağa çalışan Ermənistan yenə də təxribatçı əməlləri ilə danışıqlar prosesini pozmaqda davan edir. Məlum aprel hadisələrindən sonra münaqişənin nizamasalınması istiqamətində səylərini artıran vasitəçilər də çıxılmaz vəziyyətdə qalıblar. Ötən müddət ərzində heç xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasına nail ola bilməyən həmsədrlər hələ də ümidlə yaşamaqdadırlar. Bununla bərabər, qarşı tərəfə nəinki sanksiyalar tətbiq etmək, heç irad bildirmək niyyətində deyillər. Baxmayaraq ki, aprel hadisələri bir daha göstərdi ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarında qalması gərginliyin yaranmasının başlıca səbəbidir.
Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır
Azər Badamov: “Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır” “Ən əsası kənd təsərrüfatının inkişafı ilə bağlı planlı tədbirlər görülür” Artıq yaşamaqda olduğumuz 2016-cı ilin başa çatmasına az bir müddət qalıb. Etiraf etmək lazımdır ki, cari ildə uğurlarımızla yanaşı, bəzi çətinliklərimiz də oldu. Xüsusilə, keçən ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda manatın Amerika dollarına nisbətən ucuzlaşması iqtisadiyyata təsirsiz ötüşmədi. Bəs, görəsən ümumilikdə 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün necə başa çatmaqdadır və növbəti ildən gözləntilər nədir?
İnsanların mənəvi əxlaqi dəyərlərini sarsıdan bəla
İnsanların mənəvi əxlaqi dəyərlərini sarsıdan, cəmiyyətin sosial-iqtisadi inkişafına, sağlamlığına mənfi təsir edən narkomanlıqla mübarizə bu gün planlı şəkildə davam etdirilir. İstər Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, istərsə müvafiq dövlət qurumları, yerli icra hakimiyyətləri bu istiqamətdə sistemli iş aparırlar.
Özbəkistan yeni dönəmə qədəm qoyur
İslam Kərimovun vəfatından sonra Özbəkistanda bir xaos və anarxiyanın baş verəcəyi proqnozunun əksinə olaraq ölkədə siyasi sabitlik davam etdi. Məhz bu sabitliyin fonunda özbək xalqı həftə sonu seçki məntəqələrinə gedərək İslam Kərimovdan sonra Özbəkistana kimin rəhbərlik edəcəyini müəyyənləşdirdi.
Nazir müavini yeni attestatlar barədə: "Elə şagirdlər var ki..."
Həm 9, həm də 11-ci sinifləri bitirən məzunlara veriləcək təhsil sənədlərinin bundan sonra attestat adlandırılması dünya praktikasına uyğundur. Məlumata görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.














