Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır

Azər Badamov: “Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır” “Ən əsası kənd təsərrüfatının inkişafı ilə bağlı planlı tədbirlər görülür” Artıq yaşamaqda olduğumuz 2016-cı ilin başa çatmasına az bir müddət qalıb. Etiraf etmək lazımdır ki, cari ildə uğurlarımızla yanaşı, bəzi çətinliklərimiz də oldu. Xüsusilə, keçən ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda manatın Amerika dollarına nisbətən ucuzlaşması iqtisadiyyata təsirsiz ötüşmədi. Bəs, görəsən ümumilikdə 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün necə başa çatmaqdadır və növbəti ildən gözləntilər nədir?

Azər Badamov: "Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır"

"Ən əsası kənd təsərrüfatının inkişafı ilə bağlı planlı tədbirlər görülür"

Artıq yaşamaqda olduğumuz 2016-cı ilin başa çatmasına az bir müddət qalıb. Etiraf etmək lazımdır ki, cari ildə uğurlarımızla yanaşı, bəzi çətinliklərimiz də oldu. Xüsusilə, keçən ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda manatın Amerika dollarına nisbətən ucuzlaşması iqtisadiyyata təsirsiz ötüşmədi. Bəs, görəsən ümumilikdə 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün necə başa çatmaqdadır və növbəti ildən gözləntilər nədir?

Millət vəkili Azər Badamov deyir ki, 2016-cı il müəyyən qədər çətin şərtlər çərçivəsində daxil olmuşdu. Onun sözlərinə görə, keçən ilin sonunda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, eləcə də dünya bazarında bir sıra kataklizmlərin yaşanması, enerji ixrac edən ölkələrdə hərbi qarşıdurmaların yaşanması dünya iqtisadiyyatında müəyyən geriləmələrə səbəb oldu: "Bu kataklizmlər dünya iqtsadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməzdi. Bununla belə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi siyasət kursumuz Azərbaycanın bu gərginliklərdən ən minimal itkilərldə çıxmasına yol açdı. Ölkəmizdə sosial müavinətlərin artırılması, yeni iş yerlərinin açılması, orta və kiçik sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, verilən qərarlar qeyri-neft sektorunun daha da dirçəlməsinə, insanların rifah halının yüksəlməsinə yol açdı. Birmənalı vurğulamaq lazımdır ki, Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır. Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becərilməsi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür. Ən əsası kənd təsərrüfatının inkişafı ilə bağlı planlı tədbirlər görülür. Məsələn, baramaçılığın inkişafı, pambıqçılığın dirçəldilməsi, ixracyönümlü aqrar məhsulların xarici bazarlara çıxışının təmin edilməsi ölkəmizdə qeyri-neft iqtisadiyyatının yüksəlişinə mühüm tövhələr verəcək. Digər tərəfdən, yeni sənaye komplekslərinin yaradılması yönündə aparılan fəaliyyət ölkəmizin qısa zaman kəsiyində yeni-yeni uğurlara imza atacağını deməyə əsas verir". Millət vəkilinin sözlərinə görə, bu gün regionlarda aqrar sektorun inkişaf etdirilməsi, xüsusilə ərzaq təhlükəsizliyinin təmini istiqamətində strateji əhəmiyyət kəsb edən işlər görülür. Azər Badamov bildirib ki, bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur: "Dövlət başçısı 2014-cü ildə "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Təkcə bu ilin 9 ayında qeyri-neft sənayemiz 3,6 faiz artıb. Kənd təsərrüfatımızda 2,4 faiz artıma nail olmaqla ölkə əhalisinin ərzaq məhsullarına olan təlabatının 80 faizini məhz daxili istehsalla təmin edə bilirik. Dövlətimizin təsdiq etdiyi "Azərbaycan 2020: Gələcəyə baxış" iqtisadi inkişaf konsepisyası mövcuddur. Düşünürəm ki, qarşıya qoyulan proqramlar icra olunandan sonra Azərbaycan ölkədə ərzaq təhlükəsizliyini tam təmin etməklə xarici bazarlara da kifayət qədər məhsul ixrac edən ölkəyə çevriləcəkdir.

Digər tərəfdən, 2014-2018-ci illərə dair regional inkişaf proqramı yeni dövrün iqtisadi reallıqları, Azərbaycanın qarşısında duran yeni çağırışları özündə əks etdirir. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırki müasir inkişaf mərhələsinin reallıqlarıdır. Yeni inkişaf konsepsiyası Azərbaycanda innovativ-kreativ iqtisadiyyatın yaradılmasını və rəqabətədavamlı milli məhsul ixracının gücləndirilməsini, bunun fonunda ölkəmizin milli ixrac potensialının qlobal bazarlarda üstünlüyünü təmin etməyi nəzərdə tutur. Bu pozitiv proqnozları yeni onilliklə bağlı inkişaf ssenariləri də ehtiva etmiş olur". Tarif Şurasının məlum qərarına da toxunan millət vəkili deyib ki, günümüzdə dünyada bir sıra dövlətlər enerjilərin qiymətləndirilməsində müxtəlif üsullardan istifadə edirlər: "Məsələn, bəzi ölkələrdə bu həftənin günləri, bəzilərində isə limit prinsipi ilə aparırlar. Ölkəmizdə də Tarif Şurasının qiymətləndirmədə diferensiallaşdırmanı tətbiq etməsi ilk növbədə izafi itkilərin qarşısını alacaq, istər qazın, istərsə də elektrik enerjisinə qənatə yol açacaq. Digər tərəfdən, bu məsələdə limitlərin təyin edilməsi olduqca əhəmiyyətlidir. Məsələn, qazın əhali üçün yeni qiymətləri yalnız 1500 kubmetrdən sonrakı həcmə şamil ediləcək. Eləcə də elektrik enerjisinin yeni qiymətləri 250 kilovatsaatdan sonra əsas götürüləcək. Fikrimcə, yeni qiymətləndirmə əhalinin mühüm hissəsinin ödənişlərində dəyişikliyə səbəb olmayacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31