Ermənistan niyə danışıqlardan qaçır?
“Belə mövqe Rusiyadan verilən dəstəkdən qidalanır” Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonu qoruyub saxlamağa çalışan Ermənistan yenə də təxribatçı əməlləri ilə danışıqlar prosesini pozmaqda davan edir. Məlum aprel hadisələrindən sonra münaqişənin nizamasalınması istiqamətində səylərini artıran vasitəçilər də çıxılmaz vəziyyətdə qalıblar. Ötən müddət ərzində heç xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasına nail ola bilməyən həmsədrlər hələ də ümidlə yaşamaqdadırlar. Bununla bərabər, qarşı tərəfə nəinki sanksiyalar tətbiq etmək, heç irad bildirmək niyyətində deyillər. Baxmayaraq ki, aprel hadisələri bir daha göstərdi ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarında qalması gərginliyin yaranmasının başlıca səbəbidir.
6 Dekabr 2016 14:37 Dünya"Belə mövqe Rusiyadan verilən dəstəkdən qidalanır"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonu qoruyub saxlamağa çalışan Ermənistan yenə də təxribatçı əməlləri ilə danışıqlar prosesini pozmaqda davan edir. Məlum aprel hadisələrindən sonra münaqişənin nizamasalınması istiqamətində səylərini artıran vasitəçilər də çıxılmaz vəziyyətdə qalıblar. Ötən müddət ərzində heç xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasına nail ola bilməyən həmsədrlər hələ də ümidlə yaşamaqdadırlar. Bununla bərabər, qarşı tərəfə nəinki sanksiyalar tətbiq etmək, heç irad bildirmək niyyətində deyillər. Baxmayaraq ki, aprel hadisələri bir daha göstərdi ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarında qalması gərginliyin yaranmasının başlıca səbəbidir. Son məlumatlara görə, Azərbaycan tərəfinin bütün danışıqlara hazır olmasına baxmayaraq, hələ ki, Ermənistanı yola gətirmək mümkün olmayıb. Xüsusən, Rusiya ilə Ermənistan arasında vahid hərbi birləşmə yaradılması ilə əlaqədar saziş imzalandıqdan sonra işğalçı dövlət özünü diktə edən tərəf kimi aparmaq niyyətinə düşüb. Vəziyyət o həddə çatıb ki, xarici işlər Naziri Elmar Məmmədyarov bəyan edib ki, Ermənistan tərəfi danışıqlardan yayınır: "Əfsuslar olsun ki, Ermənistan tərəfi görüşdən qaçır. Bu ciddi yanaşma deyil. Əgər görüşdən qaçırsansa, deməli deməyə sözün də yoxdur". Nazir bildirib ki, Almaniyanın Hamburq şəhərində Azərbaycan və Ermənistanın nazirlərinin danışıqlar aparması təklifi ilə bağlı Ermənistandan hələ də xəbər yoxdur."Azərbaycan tərəfi bütün formatlarda-həm nazirlər səviyyəsində, həm həmsədrlər ilə birgə görüş üçün hazırdır". Xarişi işlər naziri vurğulayıb ki, cəbhə xəttində gərginlik həmişə var. "Ona görə biz deyirik ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Onda heç təmas xətti də, gərginlik də olmayacaqdır. Bu məntiqli yanaşmadır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kasprçikin heyətinin genişləndirilməsi məsələsinə gəldikdə, biz buna etiraz etmirik. Bunu yalnız işğal olunmuş ərazilərdən qoşunlar çıxarıldıqdan sonra müzakirə etmək olar. Bu çərçivədə bütün versiyalara baxıla bilər. İlk növbədə biz məntiqli şəkildə və əsas problemlə məşğul olmalıyıq. Hamı bilir ki, ən böyük təhlükə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdəki mövcudluğudur". Nəzərə alaq ki, Ermənistan təkcə danışıqlardan qaçmır, eyni zamanda Azərbaycanı hədələyən bəyənatlarla da yadda qalmağa çalışırlar. Ermənistan prezidenti S.Sarkisyanın son bəyənatı buna bariz nümunədir. Maraqlıdır, Ermənistana belə cəsarətli addımlar atmağa şərait yaradan amillər hansılardır?
Millət vəkili Sahib Alıyev bildirib ki, müstəqillik qazandıqdan sonra Moskvadan ən ədalətsiz münasibəti Azərbaycan görüb. Ancaq Ulu öndər Rusiya ilə əlaqələri pozitivlər üzərində qurdu, indi də bu siyasət davam etdirilir: "Azərbaycan Rusiyanın təhlükəsizliyində çox mühüm rol oynayır. Ən azından Azərbaycanın Rusiyanın qaynar nöqtələri hesab olunan Şimali Qafqazdakı rolunu nəzərə almaq lazımdır. Azərbaycan həm yatırdığı investisiyalar həm də digər vasitələrlə orada sabitliyin yaradılmasında çox əhəmiyyətli rol oynayır. Eyni zamanda Azərbaycan bütün beynəlxalq təpkilərə baxmayaraq Rusiya ilə yanaşmada dəfələrlə göstərib ki, əsl tərəfdaş kimi davranır. Bunun qarşılığında da biz böyük qonşumuzdan eyni mövqe görmək istəyirik. İstəyirik ki, bu mövqe özünü vasitəçilik misiyasında da göstərsin. Ermənilər dəfələrlə deyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli onların təhlükəsizliyi üçün müəyyən təhdid yarada bilər. Artıq faktiki olaraq Ermənistan ordusu Rusiya ordusunun bir parçasına çevrilib. Bu isə o deməkdir ki, artıq ermənilər üçün heç bir təhlükə yoxdur çünki, bütün zəmanəti Rusiya öz üzərinə götürüb. Əslində isə Rusiya bu məsələlərdə tərəf deyil, vasitəçi olmalıdır. Təəssüf ki, Rusiya bu gün özünü tərəf kimi göstərir". Millət vəkili Rasim Musabəyovun sözlərinə görə, aprel döyüşlərində Rusiyanın müdaxiləsi və təkidi nəticəsində hərbi əməliyyatlar dayandırıldı. Bunun müqabilində Rusiya Ermənistanı danışıqlar masası ətrafına gətirəcəyini vəd etmişdi. Hətta ermənilərin işğal olunmuş iki rayondan geri çəkiləcəklərindən söhbət gedirdi: "Lavrov tez-tez bölgəyə səfər edirdi, eyni zamanda ümidverici bəyənatlarla çıxış edirdi. Ancaq biz bunun tam əksini müşahidə etdik. Ermənilərə "İsgəndərlər", digər əlavə silahlar veriləndən, birgə hərbi birləşmə yaradıldıqdan sonra onların danışıq tonu dəyişildi. İndi də danışıqlardan yayınırlar. Bu da açıq-aşkar hiss olunur". Millət vəkili qeyd edib ki, o ki qaldı Sarkisyanın bəyənatlarına, bunun arxasında başqa məqamlar dayanıb: "Bu insan tamamilə əmindir ki, işğal etdiyi ərazilər əks zərbələrdən sığortalanıb. Bu mövqe isə heç şübhəsiz ki, Rusiyadan verilən dəstəkdən qidalanır. Bütün bunlara baxmayaraq düşünmürəm ki, Rusiyanı bu proseslərdən kənarlaşdırmaq lazımdır. Əksinə, Rusiya ilə kifayət qədər sıx əməkdaşlıq etmək lazımdır. Özümüzü aldatmamalıyıq, Rusiya indi vasitəçi libasında olsa da münaqişənin birbaşa iştirakçısıdır. Biz bu məsələlərdə Rusiya ilə danışıqlarımızı davam etdirməliyik. Bu xoş münasibətlərin içərisində Rusiyanın da istəkləri nəzərə alına bilər. Baxmayaraq ki, Ermənistan Rusiya ilə hərbi əməkdaşlıq yaradıb, bizim də Türkiyə ilə Naxçıvanda birgə təlimlər, bəlkə də qruplaşma yaratmaq niyyətimiz bölgəni sülhə yaxınlaşdıra bilər. Hər halda Rusiya ilə kifayət qədər intensiv danışıqların aparılması olduqca zəruridir".
Alim