Litvada «Bakı-Tbilisi-Qars Dəmiryolu xətti: Gözləntilər və imkanlar» kitabı nəşr edilib
Litvada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici auditoriya üçün hazırladığı növbəti nəşr - «Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar» (Baku-Tbilisi-Kars Railroad: Future Opportunities and Prospects) kitabı geniş tirajla ingilisdilli oxuculara təqdim olunub.
6 Dekabr 2016 14:42 SosialLitvada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici auditoriya üçün hazırladığı növbəti nəşr - "Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar" (Baku-Tbilisi-Kars Railroad: Future Opportunities and Prospects) kitabı geniş tirajla ingilisdilli oxuculara təqdim olunub. "OLAYLAR"-ın xəbərinə görə, kitabın müəllifləri Stateji Araşdırmalar Mərkəzinin elmi işçisi Mahir Hümbətov və Litvanın Mikolas Romeris Universitetinin doktoru, Valiunas Elleksin hüquq şirkətinin partnyeru Evaldas Klimasdır. Litvalı alim bir müddət əvvəl Bakıda elmi ezamiyyətdə olub, Azərbaycan Respublikasının iqtisadi imkanları və logistika potensialı ilə bağlı Strateji Araşdırmalar Mərkəzində tədqiqatlar aparıb. Müəlliflər kitab üzərində işləyərkən Azərbaycanın müvafiq dövlət qurumlarında, özəl şirkətlərində materiallarla tanış olmuş, yerli mütəxəssislər və beynəlxalq maliyyə təşkilatlarının ekspertləri ilə səmərəli fikir mübadiləsi aparıblar. Həmin tədqiqat işində Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Azərbaycan Respublikası və region dövlətləri üçün strateji əhəmiyyət daşıması xüsusilə vurğulanıb, onun istismarı nəticəsində digər ölkələrin də iqtisadi və kommunikasiya imkanlarının genişlənməsi məsələləri əhatə olunub.