2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır 

Dekabrın 6-da Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb. Əvvəlcə MM sədri Oqtay Əsədov bildirib ki, dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib: “Neftin qiymətinin 3 dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub. Buna görə də Azərbaycan Mərkəzi Bankının monetar siyasətində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb. Azərbaycan prezidentinin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. 2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır.

Dövlət büdcəsinin müzakirəsinə start verildi

Dekabrın 6-da Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb. Əvvəlcə MM sədri Oqtay Əsədov bildirib ki, dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib: "Neftin qiymətinin 3 dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub. Buna görə də Azərbaycan Mərkəzi Bankının monetar siyasətində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb. Azərbaycan prezidentinin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. 2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertlər 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertlərin azaldılması yaxın illərdə də davam edəcək". Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlətimiz milli mənafenin qorunmasına xidmət edən siyasət aparır. Xarici risklərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün sistemli, iqtisadi tədbirlər görülür: "Son illərdə ölkədə dövlət büdcəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür. Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı , dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır". Z.Səmədzadə əlavə edib ki, Vergilər Nazirliyi xətti ilə çox gərgin iş aparılıb və proqnoz göstəricilərinin ÜDM-in 11,7% qismində nəzər alınması təklif edilir. "Eyni zamanda, büdcə gəlirlərinin 45%-nin Vergilər Nazirliyi xətti ilə daxilolmaların payına düşməsi nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan çoxdur. Neft-qaz sektorunun payına düşən gəlirlərin azaldılması istiqamətində işlər davam etdiriləcək. Gələn il qeyri-neft sektorunun hesabına 75,5% gəlir nəzərdə tutulur ki, bu da çox yüksək rəqəmdir. Eyni müsbət fikirləri Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxil olan gəlirlər barədə də demək olar. Həmin proqnozlar da artımla müşahidə olunur. Aparılan islahatlar və şəffaflıq nəticəsində gömrük xətti ilə daxilolmalar əvvəlki illərə nisbətən 500 milyon manatdan çox artacaq. Bütövlükdə Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların çəkisi artacaq ". Ziyad Səmədzadə vurğulayıb ki, gələn ilin dövlət büdcəsində sosial yönümlü büdcə olacaq: "Gələn ilin dövlət büdcəsində xərclər 40% olmaqla proqnozlaşdırılıb". Dövlət büdcəsinin layihəsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16,2 mlrd. Manat proqnozlaşdırılır: "Dəyişiklik nəzərə alınmaqla büdcə gəlirləri 16,255 mlrd. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 567,0 mln. manat və ya 3,4% azdır. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16,900 mlrd. manat məbləğində proqnozlaşdırılır. Vergilər Nazirliyi üzrə büdcə proqnozu 7,510 mlrd. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 500,0 mln. manat və ya 7,1%,çoxdur. Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 2,200 mlrd. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390 mln. manat və ya 21,5% çoxdur. 2017-ci ildə ARDNF-dan dövlət büdcəsinə transfertlər 6 100,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1515,0 mln. manat və ya 19,9% azdır. Gələn ilin büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Növbəti ilin büdcəsinin əvvəlki illərin büdcələrindən fəqrləndirən digər bir cəhəti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır. Təqdim edilmiş məlumatlara əsasən, növbəti ildə dotasiya məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasının səbəbi yerli gəlirlər hesabına təmin edilən rayon və şəhərlərin sayının 6- dan 33-ə çatdırılmasıdır. Nazir bildirib ki, cari xərcin 2,1 mlrd. manat və ya 17% azaldılmasına nail olunub. Xərclərin 35%-i konkret proqram və layihələrin reallaşdırılmasına yönəldiləcək: "Tarif Şurasının qərarı ilə qaz və işığın qiymət artırılması nəticəsində büdcəyə əlavə 300 mln. manat daxilolması gözlənilir. Bu gəlirin əhəmiyyətli hissəsi aztəminatlı əhalinin sosial müdafiəsinə yönəldiləcək. Bunun əlaqədar dövlət büdcəsinin gəlirləri ilə bağlı parlamentdə təqdim olunan layihədə dəyişiklik təklif edilir". İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya davam edir. Dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər neqativ meyllər Azərbaycan iqtisadiyyatına öz təsirini göstərib. Ixrac gəlirlərini azaldıb, manata təzyiqi artırıb, devalvasiya həyata keçirilib və üzən məzənnəyə keçid elan edilib. Problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artıb. Nazir bildirib ki, belə bir şəraitdə valyuta ehtiyatlarından və büdcə vəsaitlərindən səmərəli istifadənin, konservativ borclanmanın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti artır: "Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiyası və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymət dinamikası, Dövlət Neft Fondunun qorunması ilə məhdudlaşdırılmış makroiqtisadi-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb". Şahin Mustafayev əlavə edib ki, 2017-ci il üçün neftin qiyməti 40 dollar götürülüb: "Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacağı gözlənilir". Nazir bildirib ki, koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası üçün əsas şərtlərdir. Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, cari ildə manat cəmi 11 faiz ucuzlaşıb. Bu ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir. Elman Rüstəmov deyib ki, 2016-cı ildə Azərbaycan Mərkəzi Bankı manatın məznnəsinin saxlanması üçün 6 milyard dollar həcmində pul kütləsi sərf edib. E.Rüstəmov bildirib ki, üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib: "Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. 2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə faiz dərəcələri səviyyəsində baxılacaq. Ciddi fiskal və monetar intizam və onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaq". Büdcə müzakirələri dekabrın 7-də davam etdiriləcək. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31