Erməni kilsəsi Avropa Məhkəməsinə şikayət etdi – ƏRAZİ İDDİASI
Erməni Apostol Kilsəsinin Boyük Kilikiya Evinin katalikosu I Aram Kilikiya monastırının onlara qaytarılması haqqında Türkiyəyə qarşı iddia ilə Avropa İnsan Haqları Mərkəməsinə müraciət edib.
6 Dekabr 2016 15:41 DünyaErməni Apostol Kilsəsinin Boyük Kilikiya Evinin katalikosu I Aram Kilikiya monastırının onlara qaytarılması haqqında Türkiyəyə qarşı iddia ilə Avropa İnsan Haqları Mərkəməsinə müraciət edib. Bu haqda I Aram "Facebook" səhifəsində yazıb.
2015-ci ilin aprelində erməni kilsəsi eyni iddia ilə Türkiyə Konstitusiya Məhkəməsinə müraciət edib, ancaq iddia rədd edilib.
Qeyd edək ki, Kilikiya monastırı Türkiyənin Adana şəhərində yerləşir. 1930-cu ilə qədər katolikosluğun mərkəzi Adananın Kozan vilayəti olub. Sonradan bu dini mərkəz Livanın Antelias şəhərinə köçüb. Publika.az