MQF-nin qurultayına namizədliklərin irəli sürülməsi kampaniyasına başlanıldı

23 dekabr 2016-cı ildə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun IX Qurultayı keçiriləcək. Bu barədə Təşkilat Komitəsindən “Olaylar”a verilən məlumata görə, artıq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanıb. MQF-nin IX Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcək.

23 dekabr 2016-cı ildə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun IX Qurultayı keçiriləcək. Bu barədə Təşkilat Komitəsindən "Olaylar"a verilən məlumata görə, artıq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanıb. MQF-nin IX Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcək. MQF-nin Nizamnamə tələblərinə uyğun olaraq hər bir MQF üzvü olan QHT rəhbəri və nümayəndəsi MQF-nin rəhbər orqanlarına namizədliklərini irəli sürə bilər. Namizədliyi irəli sürmək üçün tələblər aşağıdakılardır: MQF üzvü olan QHT rəhbərləri və nümayəndələri namizədliyini irəli sürə bilər; Namizədliyini irəli sürən şəxsin rəhbərlik etdiyi QHT-nin İdarə Heyətinin qərarı. Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin (ərizə, anket və tərcümeyi-hal) qəbulu üçün son tarix 15 dekabr 2016-cı il saat 18:00-a qədərdir. MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcək.

Ünvan: Milli QHT Forumunun ofisi Bakı şəhəri, Zərgər Palan küçəsi 5/ Nizami 42. mənzil 56. (Daxili İşlər Nazirliyinin arxasındakı bina) 012 497 03 68; 012 497 03 95; 077 415 20 99; 077 415 15 15 Elektron ünvan: [email protected]

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31