Gündəm

Müəllimlərə ipotekanı güzəştli şərtlərlə vermək təklif olunur

6 Dekabr 2016 18:03

Azərbaycanda orta məktəb müəllimlərinin güzəştli ipoteka kateqoriyasına daxil edilməsi təklif edilir.“Olaylar”ın xəbərinə görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib. Q.Paşayeva bildirib ki, orta məktəb müəllimlərinin əmək haqları ipotekadan yararlanmağa imkan vermir: “Müəllimlər də həmin güzəştli kateqoriyaya daxil edilsələr, onların da ipotekadan yararlanmaq imkanı olacaq. Bu, müəllimlərimizə çox böyük dəstək olar.

Fəzail Ağamalı: "Rayonlar ləğv edilsin, quberniyalar yaradılsın”

6 Dekabr 2016 18:02

Azərbaycanda regionların inzibati idarəetmə sistemində ciddi islahatların və dəyişiklərin həyata keçirilməsi təklif edilir. “Olaylar”ın xəbərinə görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edib. F.Ağamalı rayonların ləğv edilərək quberniya idarəçilik sisteminə keçilməsini təklif edir. O bildirib ki, bu idarəçilik sistemi daha çevik və səmərəlidir.

“28 faizlə kredit götürən sahibkardan nə uğur gözləmək olar?”

6 Dekabr 2016 18:01

“Azərbaycanın xaricdə saxladığı valyuta ehtiyatından 1 milyard gətirərək Beynəlxalq Banka verilib. Bu çox müsbət haldır”.“Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib. Deputat deyib ki, bu, Azərbaycan vətəndaşlarında yerli banklara qarşı da inam yaradır: “Uzun illərdir ki, mən Mərkəzi Bankın sədri Elman Rüstəmova deyirəm ki, bu vəsaitlər niyə yerli banklara gətirilmir? Əgər biz öz pulumuzu yerli banklara qoymuruqsa, öz banklarımıza inanmırıqsa, o zaman kim banklarımıza inanacaq? Elman müəllim hər dəfə deyir ki, Azərbaycan iqtisadiyyatı bu qədər maliyyəni qəbul etmək gücündə deyil. Mən demirəm ki, vəsaitin hamısı gətirilsin. Müəyyən həcmdə gətirilə bilər. Azərbaycan sahibkarlarının buna ehtiyac var.

Deputatdan təklif: Kommunal xidmət göstərən dövlət qurumlarının özəlləşdirilsin

6 Dekabr 2016 17:56

Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumlarının özəlləşdirilməsi təklif edilir. “Olaylar”ın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib. O, qeyd edib ki, bu müəssisələrin özəlləşdirilməsi dövlət büdcəsinin yükünü xeyli azaltmış olar: “İndi dövlət büdcəsindən həmin qurumlara vəsait ayrılır. Ancaq həmin müəssisələr özəlləşdirilsə, nəinki onlara pul ayrılmayacaq, hətta onlar özləri dövlət büdcəsinə gəlir verəcək”.  

Türkiyənin Yunanıstana qaçan 3 hərbçisi Ankaraya təhvil veriləcək

6 Dekabr 2016 17:45

Türkiyədən Yunanıstana qaçan 3 hərbçinin geri verilməsi haqqında qərar qəbul olunub. “Report” "Hürriyet"ə istinadən xəbər verir ki, Afinadakı Apelyasiya Məhkəməsi Yunanıstana qaçan Türkiyənin 8 hərbçisindən 3-nün geri verilməsi barədə qərar qəbul edib. Məhkəmə iki hərbçi ilə bağlı qərarını dekabrın 8-də açıqlayacaq.  Qeyd edək ki, həmin hərbçilər iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə ittiham olunurlar.

Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb

6 Dekabr 2016 17:44

“Son il yarım ərzində Azərbaycandan silahlı dəstələrə qoşulanlar barədə məlumat yoxdur. Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb”.

“Sərhədsiz Reportyorlar” Azərbaycan barədə mənfi rəy formalaşdırmağa çalışır

6 Dekabr 2016 17:42

“Sərhədsiz Reportyorlar" təşkilatı fəaliyyət göstərdiyi bütün müddət ərzində ölkəmizdə guya söz və fikir azadlığının pozulması ilə bağlı məlumatlar yayıb, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışıb”. Bunu  açıqlamasında  "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

"2018-ci ildə vəziyyət yaxşılaşacaq" - Büdcə müzakirələri

6 Dekabr 2016 17:41

Dünyada iqtisadi böhranm dərinləşir. Azərbaycanın bu böhrandan çıxmağa potensialı var. Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib. Millət vəkili bildirib ki, əsas çətinliyimiz 2017-ci ildə olacaq:

"Dima Bilan ermənidir" - Sənətçilərimiz etiraz etdi

6 Dekabr 2016 17:25

Rusiyalı müğənni Dima Bilanın "ermənin soyqırımı" haqqında mahnı oxuması xəbəri azərbaycanlı sənətçilərin etirazı ilə qarşılaşıb. Əməkdar artist Abbas Bağırov azvision.az-a bildirib ki, Diman Bilanın belə addımı atması, onun kökünün erməni olması ilə bağlıdır.

“Türkologiya” jurnalının 3-cü sayı işıq üzü görüb

6 Dekabr 2016 17:22

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin növbəti nəşri- “Türkologiya” beynəlxalq elmi jurnalının bu il üçün sayca üçüncü sayı şıq üzü görüb.

Hava şəraiti ilə əlaqədar bəzi avtobus reyslərinə məhdudiyyət qoyuldu

6 Dekabr 2016 17:16

Bakıdan Şamaxıya gedən avtobus reyslərinə məhduiyyət qoyulub. Bunu Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Ali təhsil ocaqlarında namaz qılınmasını məqsədəuyğun saymıram

6 Dekabr 2016 17:08

"Azərbaycan dünyəvi dövlət olduğundan dövlət müəssisələrində, eləcə də ali təhsil ocaqlarında namaz qılınmasını məqsədəuyğun saymıram". 

Bakıdakı xəstəxanaların istilik təchizatı ilə bağlı heç bir problem yoxdur

6 Dekabr 2016 17:06

“Bakıda Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində istilik təchizatı ilə bağlı heç bir problem yoxdur”.

Kəskin hava şəraitinə görə məktəblər bağlanıb

6 Dekabr 2016 17:04

Türkiyənin Rize, Artvin, Bitlis, Van və Hakkari əyalətlərinin bəzi rayonlarında güclü qar yağması ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb.

Obama administrasiyası xəlvətcə "erməni soyqırımı"nı tanıyıb?

6 Dekabr 2016 16:59

Doğrudanmı Obama administrasiyası xəlvətcə "erməni soyqırımı"nı tanıyıb? Bu sualla "Assosiated Press" agentliyi çıxış edir. Nüfuzlu agentliyin bu sualı verməsinin səbəbi isə budur ki, uzun illərdir "erməni soyqırımı" sözü ABŞ-ın rəsmi şəxslərinin dilində tabuya çevrilmişdi. Ancaq ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer sükutu pozub.