“Türkologiya” jurnalının 3-cü sayı işıq üzü görüb

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin növbəti nəşri- “Türkologiya” beynəlxalq elmi jurnalının bu il üçün sayca üçüncü sayı şıq üzü görüb.

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin növbəti nəşri- "Türkologiya" beynəlxalq elmi jurnalının bu il üçün sayca üçüncü sayı şıq üzü görüb.

Akademik Kamal Abdulllanın baş redaktorluğu ilə nəşr olunan jurnalda türk dünyasının dəyərli müəliflərinin sanballı araşdırmaları və elmi tədqiqatları yer alıb. Xatırladaq ki, sözügedən jurnalı 3-cü sayının işıq üzü görməsindən əvvəl redaksiya heyətində dünyanın müxtəlif yerlərindən gəlmiş sanballı türkoloqların iştirakı ilə  qiymətli ideyaların müzakirəsi aparılıb.

Sözügedən nömrənin hazırlanmasından öncə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və Odlar Yurdu Universitetinin "SABAH" qruplarının üzvləri olan tələbələrin də qatıldığı, akademik Kamal Abdullanın moderatorluğu ilə baş tutan  ilk seminar-məşğələdə alim yeni nəsli daha şanslı hesab etdiyini dilə gətirib: "Bu gənclər çox xoşbəxtdirlər, çünki onların yaşında bizə öz ustadlarımızı, dünyaca məşhur alimləri bir yerdə görmək nəsib olmadı, ancaq əsərlərini oxumağa çalışdıq. Tələbəlik illərimizdə önümüzdə dəmir hasar çəkilmişdi və o hasar imkan vermirdi ki, türk alimləri o zaman SSRİ adlanan bir ölkəyə gəlsinlər, yaxud buradan başqa ölkəyə gedib türkoloqlarla görüşsünlər. Yaşlı nəsil bunu yaxşı xatırlayar, əgər belə bir görüş baş versəydi də, bu son dərəcə nadir, son dərəcə fövqəladə hadisə hesab olunurdu".Akademik ümidvar olduğunu bildirib ki,"Türkologiya" jurnalının nəzdində yaradılan bu seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini görkəmli türkoloqların birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdən ibarətdir:  "Biz seminarı bu qüvvələrlə, sabah bunlara qoşulacaq başqa qüvvələrlə davam etdirməyi, sözügedən jurnalın konfrans, "dəyirmi masa" şəklində əlavələrini dərc etməyi də düşünürük. O əlavələri bizim seminarın üzvləri müəyyənləşdirəcəklər. Bu, hansısa türkoloji problemin araşdırılması, yaxud da türkologiyanın hansısa sahəsi ilə bağlı mövzunun öyrənilməsi ola bilər. Bu seminarın əhəmiyyəti həm də ondadır ki, burada elm və təhsilin qarşılıqlı vəhdəti öz əksini tapacaq. Bununla bağlı biz həm başqa ölkələrdən dostlarımızı dəvət edə biləcəyik, həm də Azərbaycan universitetlərinin alimləri ilə əməkdaşlığı davam etdirəcəyik. Çalışacağıq ki, bu seminarlar ancaq öyrənmə məqsədli olmaqla qalmasın, eyni zamanda, türkoloji sahədə yeni ideyaları ortaya atan və müdafiə edə bilən ciddi elmi qüvvəyə çevrilsin. Bunun üçün biz əlimizdən gələni etməyə hazırıq".

"Türkologiya"nın 3-cü sayı görkəmli macar türkoloqu  Georq Xazainin ""Tük dilinin tarixi qramatikasının hazırlanmasında yeni metodlar " məqaləsi ilə açılır"

Ukrayna türkoloqu Nariye Seydametova "Krım türkçəsi və türkçənin müqayisəli cəhətdən öyrənilməsi porblmləri"ni araşdırıb.

Azərbaycanlı araşdırmaçı Telman İsmayılov "Çələbi" xalçası, onun mənşəyi və simvolikası" haqqında düşüncələrini Jurnalın bu sayında Mehman Musaoğlu və Fatih Kirişçioğlu tərəgindən "Göktürk mətninin kavramsal , semiotik ve sintaktik quruluşunun müqayisəli təhlili təcrübəsindən" söz açıb.

"Türkoloji qurultay -90 "illiyi münasibıtilə tərtib olunmuş rubrikada akademik İsa Həbibbəyliin "Türk dünyasnda inteqrasiya prosesləri; ədəbi tarix reallıq və müasir dövr", Türkmənistandan Muradgəldi Soyeqovun ""Birinci türkoloji qurultayda iştirak edən türkmən nümayəndə heyəti" və Elbruz Əziziovun "Birinci türkolojin quruktayda türk dillərinin tarixi inkişaf məsələləri" məqalələri yer alıb.

"Türkoloji mərkəzlər " bölümündə Rusiyadan Radif Zemaletdinov və Alfiya Yusupovanın "Kazan Federal Universitetində tatar dili" mövzusu dərindın araşdırılıb.

Dərginin "Resenziyalar" rubrikasında Əli Erol, Daşqın Öşgörən, İbrahim Dilək kimi müəlliflərin düşüncələri  öz əksini tapıb.

"Konqreslar, dəyirmim masalar" rubrikasında müxtəlif aktual araşdırmalara işıq tututlub.Konfransad mühüm bir məqam vurğullanıb ki,  "Biz böyük bir ailəyik-Türk kökənlil böyük ailəsi.Bu qurultay bir qardaşlıq, səadalət bayramıdır"

Dərginin son səhifəsində nekroloq bölümünde  türkoloq alimlər Məhəbbət Mirzəliyev, Halil İnalcik, Ziya Gökalp, Vladimiri Qordlevski, Plato Melioranskinin xatirəsi ehtiramla yad edilib, Osman Fikri Sərtkya və Möbsün Naöısoylu haqqında yubiley arzuları qələmə alınıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31