Ceyhan limanından 2,3 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
Cari ilin noyabr ayı ərzində 2 milyon 345 min 740 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın xəbərinə görə, bu həcmin 1 milyon 528 min 526 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 milyon 753 min 098 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il dekabr ayının 1-ə qədər Ceyhan limanından 317 milyon 946 min 870 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
6 Dekabr 2016 16:13 İqtisadiyyatCari ilin noyabr ayı ərzində 2 milyon 345 min 740 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın xəbərinə görə, bu həcmin 1 milyon 528 min 526 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 milyon 753 min 098 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il dekabr ayının 1-ə qədər Ceyhan limanından 317 milyon 946 min 870 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.