Gündəm
Prezident “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi və “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” 2004-cü il 25 iyun tarixli sərəncamda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
TürkPA rəhbərləri Bakıya yığışırlar
Yaxın günlərdə bakıda TürkPA-nın Baş qəaragahının rəsmi açılışı olacaq. “Olaylar” xəbər verir ki, bunu Milli məclisin işlər idarəsinin müdiri Firuddin Hacıyev deyib.Onun sözlərinə görə, ümuümi sahəsi 1500 kvadratmert ərazidən çox dördmərtəbəli bina dekabr ayın da istifadəyə veriləcək: “TürkPA-nın yeni ofisinin rəsmi açışılı yaxın günlərdə bu təşkilata üzv olan ölkələri parlamentarilərinin sədrlərinin iştirakı ilə olacaq”.
Deputatdan Baş nazirə “milyonlar sorğusu”
"Yəqin xatırlayırsınız ki, vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər də tikilirdi. Baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamla kompensasiya verilmək şərti ilə yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi də nəzərdə tutulmuşdu”. “Olaylar”ın xəbərinə görə, bu sözləri Milli Məclisin dekabrın 8-də keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib. O, deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan milyonların hara getdiyini Baş nazir Artur Rasizadədən soruşub:
Dini radikalizmdən çıxış yolları müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Könüllü Gənclər” ictimai birliyinin həyata keçirdiyi "Dini radikalizlə mübarizədə ənənəvi islamın rolu" layihəsi çərçivəsində Bakı şəhərində növbəti marifləndirmə seminarı həyata keçirilib.
Petlim limanı fəaliyyətə başlayıb
“Petlim Limançılık Ticaret A.Ş” şirkətinin 1,5 milyon konteyner saxlama gücünə malik terminalının birinci mərhələsi üzrə işlər bu həftə başa çatdırılıb və əməliyyatlara başlanılıb.
2017 İslam Həmrəyliyi Oyunları öncəsi missiya rəhbərləri Bakıda toplanır
Gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Bakı 2017 Əməliyyat Komitəsinin (AİHOƏK) hazırlıqları barədə son məlumatlarla tanış olmaq məqsədilə dünyanın 50-dən çox ölkəsindən Bakıya təşrif buyurmuş missiya rəhbərləri bu gün müzakirələrə başlayıblar.
Erməni diasporunun maraqlarına xidmət edən kampaniya
Son vaxtlar bəzi “media qurumları”nın hədəf obyektinə çevrilən şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyevdir.
Rusiya-Belarus münasibətləri: məsələlər həllini tapırmı?
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Moskvaya səfərinə KİV elə də çox diqqət ayırmadı. Ekspertlərin qiymətləndirmələri də genişliyi və dərinliyi ilə seçilmədi. Ancaq hər halda mətbuata bu səfərin bir sıra pərdəarxası məqamları sızdı.
Ukrayna və Gürcüstan vətəndaşları üçün Avropa İttifaqına vizalar ləğv edildi
Avropa İttifaqı Ukrayna və Gürcüstan vətəndaşları üçün vizanın ləğv olunması haqqında qərar qəbul edib. Bu barədə “Reuters” xəbər verir.
Sərkisyanın administrasiyası Putinin iki rayon təklifi haqda: “Birinci dəfədir eşidirik...”
Xəbər verildiyi kimi bu yaxınlarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri iyun ayında Sankt-Peterburqda keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin tərəflərə yeni təklif təqdim etdiyi haqda danışıb. Keçmiş amerikalı diplomatın bildirdiyinə görə Putinin təklifinə əsasən Ermənistan işğal altındakı ətraf rayonlardan ikisini azad etməli, əvəzində nəqliyyat kommunikasiyaları açılmalı idi.
DTX və DİN dini icmada əməliyyat keçirdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.
Azərbaycan ordusunun artan nüfuzu
Azərbaycan ordusunun artan gücü həm də ölkəmizin beynəlxalq imicinin yüksəlməsinə səbəb olub. Öznü dünyanın ən güclü ordular sırasına yüksəltməyi bacaran Azərbaycan artıq beynəlxalq aləmdə söz sahibinə çevrilib. İndi dünyanın ən mötəbər hərbi tədbirlərində Azərbaycanın xüsusi yeri var.
Rusiya mədəniyyət nazirinin müavini həbs edilib
Rusiya mədəniyyət nazirinin müavini Qriqori Pirumov həbs olunub. Hazırda o, “Lefertovo” həbsxanasının müvəqqəti saxlanma təcridxanada nəzarət altındadır. Q.Pirumovla yanaşı nazirliyi bir neçə məsul əməkdaşı da həbs olunub və “Lefertovo” həbsxanasında saxlanılırlar. Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bildirib ki, Qriqori Pirumov öz istəyi ilə işdən çıxmaq haqda ərizə yazıb.
QMİ Şabranda 1700 hektar ərazinin qurumdan alınmasına aydınlıq gətirib
Qafqaz Müsəlmanları İdarəsi Şabranda (Dəvəçi-red.) 1700 hektar ərazinin qurumdan alınmasına aydınlıq gətirib.
Qalmaqallı aparıcı terrorizmdə ittiham olunur
Rusiyanın məşhur "Revizorro" verilişinin aparıcısı Yelena Letuçaya təzyiqlərə məruz qalıb. Proqramın Moskva sezonu zamanı Yelena olduqca məşhur olan restoranlara baş çəkib. "Odessa-mama", "Deti Rayka" kimi restoranlarda aşkarladığı natəmizlik, vaxtı ötən qida məhsulları böyük qalmaqala səbəb olub. "Odessa-mama" restoranında bir nəfər Yelenaya hücum edib, onu soyuducuda bağlayıb, daha sonra isə üzərinə bir vedrə su töküb.














