Erməni diasporunun maraqlarına xidmət edən kampaniya
Son vaxtlar bəzi “media qurumları”nın hədəf obyektinə çevrilən şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyevdir.
8 Dekabr 2016 16:04 SiyasətQHT-lər Azay Quliyevə qarşı olan hücumları belə xarakterizə edirlər
Son vaxtlar bəzi "media qurumları"nın hədəf obyektinə çevrilən şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyevdir. Maraqlı şəxs və şəxslər tərəfindən tirajlanan həmin materiallarda Azay Quliyevin rəhbərlik etdiyi QHT-lərə Dvlət Dəstəyi Şurasının ayrı-ayrı qeyri-hökumət təşkilatlarının layihələrini maliyyələşdirən zaman guya təqdim edilən layihələrin əhəmiyyəti, ictimai yükünə deyil, konkret tapşırıqlara, zənglərə önəm verdiyi iddia olunur. Ümumiyyətlə, QHT-lərə Dövlət Dəstəyi Şurasında şəffaflığın təmin olunmadığı qərəzli olaraq ortaya atılır ki, bu da şuranın imkanlarından yararlanan çoxsaylı qeyri-hökumət təşkilatları tərəfindən qətiyyətlə rədd edilir. Ümumiyyətlə, sağlam məntiq, təfəkkürdən çıxış edən qeyri-hökumət təşkilatları Azay Quliyevə qarşı başlanan bu kampaniyanı sifarişli hesab edir ə irəli sürülən iddiaları əsassız sayırlar.
Elə "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyinin sədri, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı da bu qənaətdədir. O, bildirir ki, ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə bağlı bəzi "media" orqanlarında səsləndirilən fikirlər cəfəngiyyatdan başqa bir şey deyil, Onun sözlərinə görə, millət vəkilinə qarşı başlanan kampaniya Azay Quliyevin bir müddət əvvəl ATƏT-də əldə etdiyi nailiyyətlə bağlıdır: "ATƏT Parlament Assambleyasının vitse-prezidenti postuna millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin seçilməsi Azərbaycan xalqının uğurlarından biridir. Azərbaycan tarixində ilk dəfə bu uğura Azay Quliyev imza atıb. Belə bir vəziyyətdə təəssüf ki, bəzi "reket jurnalist"lər internet saytlarında həm Azay Quliyevi, həm də QHT-lərə Dəstək Şurasını "hədəf" seçirlər. Aparılan kampaniyadan açıq şəkildə hiss olunur ki, bu, birbaşa sifariş əsasında təşkil olunur". Niyaməddin Orduxanlı qeyd edir ki, Azay Quliyevin beynəlxalq təşkilatlarla əməkdaşlığı sahəsində son illər qazandığı uğurlar və bu uğurların hesabına Azərbaycan dövlətinin və xalqının milli maraqlarının qoruması həm də erməni diasporunu və lobbisini də ciddi şəkildə narahat edir: "Millət vəkilinə qarşı ölkə daxilində qısqanclıq və maddi maraqlar müstəvisində aparılan çirkin kampaniya daha çox erməni diasporunun maraqlarına cavab verir. Ölkədə fəaliyyət göstərən "5-ci kalon2un nümayəndələri bu cür yazılardan məharətlə istifadə edir və bu yazıları Azərbaycanın milli maraqlarına hər zaman zərbə vuran bir sıra beynəlxalq təşkilatlara ötürürlər. Bu gün hər kəs şahiddir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bir çox qurumlarla müqayisədə daha çox şəffaf fəaliyyət göstərir, çevikliyi ilə seçilir, milli və dövlət maraqlarını öndə tutur. Əksər QHT-lər üçün də şura əlçatandır. İl ərzində qalib gələn QHT-lərin siyahısına baxanda bəlli olur ki, Dövlət Dəstəyi Şurası daha çox peşəkarlığa, mövzunun aktullağına, layihənin cəmiyyət və dövlət üçün verdiyi xeyirə önəm verir. Qalib QHT sədrlərinin müxalifəti müdafiə etmələri, iqtidarı dəstəkləmələri və ya müstəqil olmaları Şura üçün heç bir rol oynamır. Şura bu, məsələdə heç kəsə ayrı seçkilik qoymur. Siyasi mənsubiyyətindən aslı olmayaraq hər kəs uğurlu layihə ilə Şura tərəfindən dəstək qazana bilir. Bu, bir həqiqətdir". İctimai Birlik sədri deyir ki, Azay Quliyevin ATƏT PA-da yüksək vəzifə tutmasına qisqanc münasibətin olması üzücüdür: "Beynəlxalq məkanda irəliyə bir Azərbaycan övladı çıxırsa, onun daha da yüksək mövqeyə çıxaraq ölkəmizə fayda verməsini dəstəkləmək əvəzinə, ona necə mane olmaq istiqamətində addımlar atılmasının hansı yanlış düşüncədən qaynaqlandığını sezməmək olmur. Reket jurnaslitika ilə yanaşı, bir sıra şəxslər də bu məsələ də maraqlıdırlar. Bunu isə açıq şəkildə hiss etmək olur".
Məhəmməd