Gündəm
Uzunboylularla bağlı XƏBƏRDARLIQ
Dünyanın ən uzunboylu məməlisinin sayının son 30 ildə 40 faiz azaldığı məlum olub. Publika.az-ın xəbərinə görə, Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) Zürafələrin nəslinin tükənmə ehtimalının olduğu xəbərdarlığını edib. Zürafələr də artıq “qırmızı kitaba” düşən heyvanlar arasındadır.
Bakıda polis mayoru ilə sevgilisi arasında qarşıdurma
Polis mayorunun keçmiş sevgilisi ondan şikayətçidir. Aynurə Yusifova adlı vətəndaş müraciət edərək Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Anar Qafarovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun həyatına müdaxilə etdiyini, hədə-qorxu gəldiyini deyib.
ADU-da “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş
Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyevlə görüş baş tutub.
“İki od arasında”... Və “yenə”...
Elçin Hüseynbəyli, ədalət naminə demək lazımdır ki, Ustadı həm görür, həm də eşidir... Onun tərcümeyi- halını ilk mənbədən alırmış kimi heç bir tərəddüdə yol vermədən, heç bir mübahisəyə yer qoymadan yazır...
Çavuşoğlu: "Dağlıq Qarabağ kimi "dondurulmuş" münaqişələrin qarşısı alınmalıdır"
Terrorizmlə yanaşı, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya kimi "dondurulmuş" münaqişələrin qarşısı alınmalıdır.
Sarkisyanı Qarabağa gedərkən müşayiət edən iki zabit öldü - YENİLƏNİB
Ermənistanın Sünik vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölkənin Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətinin əməkdaşları - avtomobili idarə edən leytenant Armen Musikyanvə kapitan Aleksan Simonyan ölüb.
Rusiya mətbuatı Bakı şəhərinin turizm imkanlarından yazıb
Rusiyanın məşhur “Business traveller” biznes səyahətçiləri jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc edib.
Təhsil Nazirliyi və AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov imzalayıb. Anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Telefon oğrusu saxlanıb
Xəzər rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zirə qəsəbəsi ərazisində yerləşən çayxanalardan birində Bakı şəhər sakini Canəli Əliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən həmyerlisi İsgəndər Cəfərov tutulub. Araşdrıma aparılır.
Silahı polisə könüllü təhvil verdi
Nardaran sakini odlu silahı polisə təhvil verib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən aparılmış profilaktiki tədbirlərin nəticəsi olaraq Nardaran qəsəbə sakini Əhmədağa Əşrəfzadə müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngini könüllü olaraq PB-yə təhvil verib.
Qanunsuz ov edənlərdən silah götürülüb
Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 7-də Cəlilabad rayon sakinləri İnşaallah Həsənov, Asif Soltanov və Tahir Məmmədov Uzuntəpə kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar. DİN-dən verilən məlumata görə, onlardan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-63" və 1 ədəd "İJ-58" markalı ov tüfəngləri, habelə ümumilikdə 23 ədəd patron və 33 ədəd ovlanmış quş götürülüb.
MMC-dən oğurluq edənlər tutuldular
Noyabrın 27-də Sahil qəsəbəsi ərazisində yerləşən MMC-lərdən birindən oğurluğa cəhd edilib. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində göstərməkdə şübhəli bilinən qəsəbə sakinləri Talıb Salehov və Rəsul Hüseynov tutulub.
Avtomobildən oğurluq edən ələ keçib
Dekabrın 4-də Bakı şəhər sakini Nadirxan Teymurova məxsus avtomobildən oğurluq edilib. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Ağarəşidov tutulub. Faktla bağlı araşdırma aparılır.
“Nida" üzvü 10 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Nazir: "İşğalın davam etməsi münaqişənin siyasi həllinə ən böyük maneədir"
"ATƏT məkanındakı münaqişələr regionda sülh və təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. Bu səbəblər tez bir zamanda aradan qaldırılmalıdır".














