Təhsil Nazirliyi və AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə,  memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov imzalayıb. Anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə,  memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov imzalayıb. Anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Memorandumun şərtlərinə əsasən, "BİR" Tələbə-Könüllü Proqramına daxil olan ali təhsil müəssisələrində AFFA tərəfindən həyata keçirilən yerli və beynəlxalq tədbirlərdə könüllülərin iştirakı və onların təlimlərə cəlb edilməsi nəzərdə tutulub. "Bir" Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığı və bu tədbirlərin təşkilində tələbə-könüllülərin böyük rolunun olduğu nəzərə alınaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31