Sarkisyanı Qarabağa gedərkən müşayiət edən iki zabit öldü - YENİLƏNİB

Ermənistanın Sünik vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölkənin Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətinin əməkdaşları - avtomobili idarə edən leytenant Armen Musikyanvə kapitan Aleksan Simonyan ölüb.

Ermənistanın Sünik vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölkənin Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətinin əməkdaşları - avtomobili idarə edən leytenant Armen Musikyanvə kapitan Aleksan Simonyan ölüb. Qəza Yerevan-Gorus avtomobil yolunda baş verib.

Belə ki, "Lexus" markalı "PN 0001" dövlət nömrə nişanlı avtomobil Meğri -Yerevan yolunun 231-ci km-də yolun hərəkət hissəsindən çıxaraq, 40 metr yuvarlanmaqla dərəyə düşüb.

Onların Ermənistan prezidenti Serj Sarkisyanı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərdə müşayiət etdikləri ehtimal olunur. 

***

Bu gün İrəvan-Gorus şosesində, Gorus şəhəri yaxınlığında Ermənistanın müdafiə nazirinin tabeliyində olan avtomobil qəzaya düşüb.  Bu barədə "Tert.am" saytı məlumat yayıb.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib. Nazirliyin yaydığı məlumata görə, qəza nəticəsində leytenant Armen Musikyan (sürücü) və kapitan Aleksandr Sminoyan ölüblər. 

Nazirlik faktla bağlı araşdırmaların davam etdiyini və yaxın zamanlarda ictimaiyyətə daha geniş məlumatın veriləcəyini bəyan edib.  Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31