Rusiya mətbuatı Bakı şəhərinin turizm imkanlarından yazıb

Rusiyanın məşhur “Business traveller” biznes səyahətçiləri jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc edib.

Rusiyanın məşhur "Business traveller" biznes səyahətçiləri jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc edib. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə,  "Ağ şəhər" başlıqlı məqalənin müəllifi Anna Semida qeyd edir ki, Rusiya vətəndaşları üçün Azərbaycan Asiya ilə assosiasiya edilsə də, bu gün Bakı Avropaya daha çox yaxındır. Turistlərin Heydər Əliyev Beynəlxalq Hava Limanından başlanan təəssüratları Bakının mərkəzinə doğru getdikcə daha da zənginləşir. Məqalədə paytaxtımızın yeni yolları, taksi xidmətləri, şəhərdəki ərəb turistlərin sayının çoxluğu xüsusi vurğulanır. Qeyd edilir ki, Şərq ölkələrindən turist axınının əsas səbəbi Azərbaycanın müsəlman ölkəsi olaraq tolerant və azad dünyəvi baxışının olmasıdır. Yazıda bildirilir ki, Bakı Asiya şəhəri olsa da, öz komfortu və müasir öz koloriti ilə Avropanı xatırladır. Məşhur "Əli və Nino" romanından sitat gətirən müəllif əsərin qəhrəmanı Əlinin o dövrdə öz doğma diyarını Asiya ilə Avropanın birləşdiyi məkan adlandırdığını yada salır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31