Gündəm
Ürək xəstələrinə XƏBƏRDARLIQ
Ürək və damar sisteminin soyuğa reaksiyası fərqli olur. Ürək soyuq havada daha da aktivləşərək, ətrafını isidir və bədəni rahatlaşdırır. Lakin xəstə və çatışmazlığı olan ürək kifayət qədər aktivlik nümayiş etdirə bilmədiyi üçün problemlər ortaya çıxır. Bu səbəbdən də xüsusilə ürək xəstəsisinizsə, ürəyinizi soyuq havalı günlərə, qış nizamına hazırlayın. Aile.lent.az türkiyəli ürək və damar cərrahı Bingür Sönməzin ürək xəstələrinə verdiyi bəzi məsləhətləri təqdim edir.
Qışda xəstələnmək istəmirsinizsə, bu qidaları yeyin - SİYAHI
Qış aylarında bədənin immunitet sistemini gücləndirmək üçün qidalanmaya xüsusi diqqət etmək vacibdir. Aile.lent.az qışda xəstəliklərdən uzaq qalmaq üçün mütəxəssislərin məsləhət gördüyü qidalanma qaydalarını təqdim edir.
"Qalatasaray"dan dollar və avroya ağır zərbə
"Qalatasaray"da maaşların "avro" ilə ödənməsi dönəmi bitir. Fanat.az-a istinadən xəbər verir ki, ölkə prezidentinin çağırışından sonra klub rəhbərliyi də türk lirəsi ilə ödəmələrə keçib.
S-300 raket kompleksinin uğursuz buraxılışının VİDEOgörüntüləri yayıldı
Cari ilin avqustunda Rusiyanın Həştərxan vilayətində Rusiya, Belarus, Qazaxıstan və Çinin iştirakı ilə "Səmanın açarı" adı altında beynəlxalq təlimlər keçirilib. Şahidlərdən biri S-300 zenit-raket kompleksindən uğursuz raket buraxılışı anını kameraya çəkib.
Azərbaycanda əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur
Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur. Məlumata görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb.
"Pişik qadın" məşuquna hücum çəkdi: Trampın göydələnində qalmaqal
Plastik cərrahiyyə əməlyyatlarının fanatı, "Pişik qadın" (Catwoman) kimi tanınan 71 yaşlı Coslin Vildenşteyn yeni qalmaqal yaradıb.
Azərbaycanlı Nazdan canlı yayımda GÖZLƏNİLMƏZ QƏRAR - VİDEO
Həftə içi hər gün Star TV-də yayımlanan "Zuhal Topal'la evlilik proqramı böyük bir üzləşməyə səhnə olub.
“Strateji yol xəritələri iqtisadiyyatın davamlı inkişafını təmin edəcək”
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində vətəndaş cəmiyyəti təsisatlarının , vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Sürücülərə ŞAD XƏBƏR - Daha pul alınmayacaq, əgər...
Bakı şəhər sakini Şəhriyar İsmayılov əksər sürücüləri narahat edən məsələyə tam aydınlıq gətirib və buna son qoyub.
Müşfiq Ələsgərli: “Neqativ ünsürlərin yer tutmalarının qarşısı alınmalıdır”
“Dövlət Təhlükəsizliyi Xidmətinin son günlər “reket qəzetlər” və onların sahibləri barədə həyata keçirdiyi tədbirlərə ciddi zərurət var idi. Belə ki, Azərbaycan Mətbuat Şurası həmin qəzetlərin adını hələ 2010-ci ildə “Qara siyahıya” daxil etmişdi. Amma həmin qəzetlər və onların sahibləri MŞ-nin tənqidlərindən, tövsiyyələrindən nəticə çıxarmaq əvəzinə, əksinə, neqativ əməllərini daha da artırmışdılar. Bəlli olduğu kimi, onların arxasında keçmiş MTN-nin rəhbərliyi dayanmışdı”. Bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
Sabit Bağırov: "10 ildən sonra dayanıqlı inkişaf edən Azərbaycanda yaşayacağıq"
"Azərbaycan iqtisadiyyatında neft amilinin oynadığı rol son iki ildə bir qədər azalsa da, hələ ki, çox yüksək səviyyədədir.
Hamburqda Dağlıq Qarabağa dair 2+3 formatında g örüş baş tutmayıb
Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov HamburqdaATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsindəATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Sarkisyanın administrasiyası Putinin iki rayon təklifi haqda: "Birinci dəfədir eşidirik..."
Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri iyun ayında Sankt-Peterburqda keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin tərəflərə yeni təklif təqdim etdiyi haqda danışıb. Keçmiş amerikalı diplomatın bildirdiyinə görə Putinin təklifinə əsasən, Ermənistan işğal altındakı ətraf rayonlardan ikisini azad etməli, əvəzində nəqliyyat kommunikasiyaları açılmalı idi.
Nalbandyan həmsədrlərlə görüşüb
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.
Daha bir "reket" jurnalist həbs edildi
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı daha bir "reket" jurnalist tutulub. Bu, "Bizim dövr" qəzetinin baş redaktorunun müavini Hikmət Nəcəflidir.














