Nalbandyan həmsədrlərlə görüşüb

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb. Görüşdə fəaliyyətdə olan sədrin şəxsi Anjey Kaspşik də iştirak edib.
 
Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası başlayıb. İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Toplantı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə 2+3 formatında görüşü gözlənilir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31