Azərbaycanlı Nazdan canlı yayımda GÖZLƏNİLMƏZ QƏRAR - VİDEO
Həftə içi hər gün Star TV-də yayımlanan "Zuhal Topal'la evlilik proqramı böyük bir üzləşməyə səhnə olub.
8 Dekabr 2016 17:25 DünyaHəftə içi hər gün Star TV-də yayımlanan "Zuhal Topalchr("39")la evlilik proqramı böyük bir üzləşməyə səhnə olub.
Milli.Az Milliyet-ə istinadən xatırladır ki, günlər öncə azərbaycanlı Naz və Bahanın nişanı ikitərəfli razılıqla geri qaytarılmışdı. Nişanı qaytaran Naz yeni oğlan namizəd Serkandan xoşu gəldiyini və onunla ailə qurmaq istədiyini açıqlayaraq hər kəsi şok etmişdi.
Bu gün canlı yayımda Baha, Naz və Serkan qarşı-qarşıya gəliblər.
Ötən gün Serkana talib olduğunu deməklə hər kəsi təəccübləndirən Naz bu dəfə canlı yayımda fikirlərinin qarışıq olduğunu və Serkana talib olmağının yalnış addım olduğunu etiraf edib. Naz yoluna tək başına davam etmək istədiyini və Baha ilə də artıq birlikdə olmağın mümkünsüz olduğunu qeyd edib.