"Pişik qadın" məşuquna hücum çəkdi: Trampın göydələnində qalmaqal

Plastik cərrahiyyə əməlyyatlarının fanatı, "Pişik qadın" (Catwoman) kimi tanınan 71 yaşlı Coslin Vildenşteyn yeni qalmaqal yaradıb.

Plastik cərrahiyyə əməlyyatlarının fanatı, "Pişik qadın" (Catwoman) kimi tanınan 71 yaşlı Coslin Vildenşteyn yeni qalmaqal yaradıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, vaşaqa maksimal dərəcədə bənzəmək istəyi ilə ad çıxarmış bu qadın Nyu-Yorkun Manhetten səmtində "Trump World Tower"də 49 yaşlı məşuquna, dizayner Lloyd Kleynə hücum çəkib.

Kleynin üz-gözünü cırmaqlayan qadın həsb olunub. Davanın səbəbi bəlli deyil.

"O qədər aqressiv idi ki, polis gələnədək onu dolabda saxladım, qapını da bağladım. Dava saldı, əvvəlcə üzümü cırmaqladı, sonra da qayçı ilə məni vurmaq istədi", - Kleyn deyib.

C.Vildenşteynin dünən məhkəməsi olub. O, aqressiv davranışına görə xəbərdarlıq alandan sonra buraxılıb.

İsveçrədə doğulmuş Coslin Vildenşteyn milyarder Alek Vildenşteynin xanımı idi. "Pişik qadın" plastik cərrahiyyə əməliyyatlarına milyonlarla dollar xərcləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31