Hamburqda Dağlıq Qarabağa dair 2+3 formatında g örüş baş tutmayıb
Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov HamburqdaATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsindəATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
8 Dekabr 2016 17:11 SiyasətAzərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsindəATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
XİN-in mətbuat katibi Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.
"Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 2+3 (Azərbaycan, Ermənistan + Rusiya, ABŞ, Fransa) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb", - deyə o vurğulayıb.