DTX və DİN dini icmada əməliyyat keçirdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.
8 Dekabr 2016 15:53 KriminalDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.
Komitədən verilən məlumata görə, baxış zamanı "Dini etiqad azadlığı haqqında" qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib. Adıçəkilən ünvandan DQİDK-nın müvafiq razılığının olmadığı 59 ədəd dini təyinatlı ədəbiyyat,19 ədəd video-kaset, 27 ədəd DVD və 80 ədəd CD aşkar edilərək götürülüb. İcmada özündə xurafat elementləri ehtiva edən əşyalar da aşkarlanıb.
Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb. Lent.az