Dini radikalizmdən çıxış yolları müzakirə edilib

Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Könüllü Gənclər” ictimai birliyinin həyata keçirdiyi  "Dini radikalizlə mübarizədə ənənəvi islamın rolu" layihəsi çərçivəsində  Bakı şəhərində növbəti marifləndirmə seminarı həyata keçirilib.

Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Könüllü Gənclər" ictimai birliyinin həyata keçirdiyi  "Dini radikalizlə mübarizədə ənənəvi islamın rolu" layihəsi çərçivəsində  Bakı şəhərində növbəti marifləndirmə seminarı həyata keçirilib.  "OLAYLAR"-ın xəbərinə görə, ictimai birliyinin sədri Namiq Sərdarov ölkədə tolerantlıq mühitinin qorunup saxlanmasının və  gənclərimizin milli-mənəvi ruhda tərbiyə olunmasının əhəmiyyətindən danışıb. Daha sonra Türkdilli Dövlətlərlə Dostluq və Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Araz Abdullayev radikal dini cərəyanların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatlarının qarşısının alınmasında gənclərin üzərinə düşən məsuliyyətdən bəhs edib  və qarşılıqlı mülahizələr aparılıb. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynəklər, bukletlər, bloknotlar və qələmlər  təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31