2017 İslam Həmrəyliyi Oyunları öncəsi missiya rəhbərləri Bakıda toplanır

Gələn il ölkəmizdə  keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Bakı 2017 Əməliyyat Komitəsinin (AİHOƏK) hazırlıqları barədə son məlumatlarla tanış olmaq məqsədilə dünyanın 50-dən çox ölkəsindən Bakıya təşrif buyurmuş missiya rəhbərləri bu gün müzakirələrə başlayıblar.

Gələn il ölkəmizdə  keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Bakı 2017 Əməliyyat Komitəsinin (AİHOƏK) hazırlıqları barədə son məlumatlarla tanış olmaq məqsədilə dünyanın 50-dən çox ölkəsindən Bakıya təşrif buyurmuş missiya rəhbərləri bu gün müzakirələrə başlayıblar. Gənclər və İdman Nazirliyinin mətbiat katibliyindən "OLAYLAR"-a bildirilib ki, iki günlük tədbirin tərkib hissəsi kimi, missiya rəhbərləri sabah Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenası, eləcə də Atletlər Kəndi daxil olmaqla, Bakı 2017 İslam Həmrəyliyi Oyunları zamanı istifadə ediləcək bir sıra müasir məkanlara da baş çəkəcəklər.  Məlumat üçün bildirək ki, missiya rəhbərlərinin  Oyunlar öncəsi planlaşdırma və əməliyyatların bütün aspektləri, eləcə də, Bakı 2017 barədə ən son məlumatlar ilə tanış olaraq,  öz komandaları üçün müvafiq hazırlıqları təmin etmələri seminarın əsas  məqsədidir. AİHOƏK baş icraçı direktoru cənab Azad Rəhimovun rəhbərlik etdiyi  seminarda, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faisal Abdulaziz AL-Nassar, baş katibin müavini Said Abdulqaffar Huseyn və baş direktor Xalid Abdulla Bin Al-Şeyx daxil olmaqla rəhbər üzvləri iştirak ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31