QMİ Şabranda 1700 hektar ərazinin qurumdan alınmasına aydınlıq gətirib

Qafqaz Müsəlmanları İdarəsi Şabranda (Dəvəçi-red.) 1700 hektar ərazinin qurumdan alınmasına aydınlıq gətirib. 

Qafqaz Müsəlmanları İdarəsi Şabranda (Dəvəçi-red.) 1700 hektar ərazinin qurumdan alınmasına aydınlıq gətirib. 
 

APA-nın məlumatına görə, bu günQafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsivə Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda treninqlərin başa çatması ilə əlaqədar keçirilən tədbirdə QMİ sədri Allahşükür Paşazadə həmin torpağın QMİ tərəfindən dövlətə qaytarıldığını söyləyib. 


O bildirib ki, Özbəkistandan qovulan zaman ahıska türkləri Azərbaycana gəliblər: "Onlar məni tanıyırdılar və mənə inanırdılar. O zaman mən Heydər Əliyevə müraciət etdim və o torpaq ayrıldı. O torpaqlarda Özbəkistandan gələnlər yerləşdirildi. Artıq o insanların problemləri həll olunub. Bu gün o torpağa mənim ehtiyacım yoxdur. Ona görə də biz özümüz o torpaqları dövlətə verdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31