Deputatdan Baş nazirə “milyonlar sorğusu”
"Yəqin xatırlayırsınız ki, vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər də tikilirdi. Baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamla kompensasiya verilmək şərti ilə yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi də nəzərdə tutulmuşdu”. “Olaylar”ın xəbərinə görə, bu sözləri Milli Məclisin dekabrın 8-də keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib. O, deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan milyonların hara getdiyini Baş nazir Artur Rasizadədən soruşub:
8 Dekabr 2016 16:11 Sosial"Yəqin xatırlayırsınız ki, vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər də tikilirdi. Baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamla kompensasiya verilmək şərti ilə yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi də nəzərdə tutulmuşdu". "Olaylar"ın xəbərinə görə, bu sözləri Milli Məclisin dekabrın 8-də keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib. O, deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan milyonların hara getdiyini Baş nazir Artur Rasizadədən soruşub:
"Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait hansısa şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, o şirkətlər hələ də bu mənzilləri tikib insanlara verməyib. Ona görə də mən Baş nazirə burada müraciət edirəm: Cənab Baş nazir, sizin sərəncamınızla ayrılmış o milyonların 10 il keçməsinə baxmayaraq, hələ də hara xərcləndiyi açıqlanmayıb və bu istiqamətdə işlər görülməyib. Bunun araşdırılmasına göstəriş verin. Nədənsə bu məsələ indiyə kimi öz həllini tapa bilmir".