Gündəm
Qalmaqallı reklam yayımdan çıxarıldı - VİDEO
Türkiyədə bir oyuncaq firmasının sosial şəbəkələrdə yayılan reklam çarxının yayımına qadağa qoyulub.
Lerikə 40 santimetr qar yağıb: yollar buz bağlayıb
Lerik rayonuna 35-40 santimetrə qədər qar yağıb. Bu barədə Lerik Rayon İcra hakimiyyətindən məlumat verilib. Məlumata görə, dekabrın 15-də yağan qar nəticəsində rayon ərazisindəki bəzi avtomobil yolları buz bağlayıb:
İş vaxtı norması və İstehsalat təqvimi təsdiqləndi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2016-cı il tarixli 10 nömrəli qərarı ilə 2017-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Növbəti ildə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi işləri həmin İş vaxtı norması və İstehsalat təqviminə əsasən yerinə yetirilməlidir.
MTRŞ : “Çıxış yolu” verilişində efir etikasına və milli-mənəvi dəyərlərə zidd hallar aşkarlanıb
Milli Televiziya və Radio Şurası (MTRŞ) Lider telekanalında yayımlanan “Çıxış yolu” verilişində baş verənlərə münasibət bildirib.
Yardımlıda 2 otaqlı ev yanıb
Yardımlı rayon sakininə məxsus mənzidə yanğın baş verib. “Olaylar” xəbər verir ki, nəticədə ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqdan ibarət tikilinin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 110 m² sahədə yanıb.Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
20 min dolların ölkədən çıxarılmasının qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.
Nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik yoxdur
Hazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Bakı Nəqliyyat Agentlyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin o cümlədən də sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur.
ATƏT PA-nın sessiyasında Qarabağ məsələsi müzakirə olunacaq
ATƏT-in Parlament Assambleyasının (PA) fevral ayında keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə olunacaq.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Bir cinayət 7 həyatı söndürdü
Türkiyədə bir cinayət 7 nəfərin həyatının məhvinə səbəb olub. Rıdvan 2 uşaq anası Fatmanı vəhşicəsinə öldürüb. Ana öldükdən sonra oğlu oğurluq edib, həbsxanaya girib, qızı uşaq yaşda evlənib. Ata qızının ölümündən sonra özünü günahlandıraraq infakrt keçirib. Nəvələri ilə ortada qalan nənə şəkər xəstəsi olub.
Türkiyədə daha bir jurnalist FETÖ-çu çıxdı
Türkiyə polisi və terrorla mübarizə təşkilatının birgə keçirdiyi əməliyyat zamanı daha bir KİV əməkdaşı həbs edilib.
Ərdoğan hədələdi: "Avropa Birliyi sözünün üstündə durmasa..."
Avropa Birliyi Türkiyəyə verdiyi sözün üstündə durmasa, B və C planımız olacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sloveniyalı həmkarı Borut Pahorla keçirdiyi mətbuat konfransında söyləyib.
Ronaldunun 500 qolu STATİSTİKAlarla
"Real"ın superulduzu Kriştianu Ronaldu klub karyerasında 500-cü qoluna imza atıb. Portuqaliyalı futbolçu buna klublararası dünya çempionatının yarımfinalında "Amerika" ilə qarşılaşmada nail olub.
ABŞ Suriya üçün daha 6 mlrd. dollar ayırıb
ABŞ Suriyada zərərçəkmişlərə humanitar yardım üçün daha 6 milyard dollar ayırıb. Məlumata görə, bunu ABŞ-ın döüvlət katibi Con Kerri deyib. "Biz regionda zərərçəkmiş insanların ərzaq, dərman, su və digər resurslar əldə etməsi üçün daha 6 milyard dollar ayırdıq", - Kerri deyib.
Fransada fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
Fransa parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətininin daha 7 ay uzadılması barədə qanun layihəsini təsdiq edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejimi 15 iyul 2017-ci il tarixinədək uzadılıb.














