Ərdoğan hədələdi: "Avropa Birliyi sözünün üstündə durmasa..."

Avropa Birliyi Türkiyəyə verdiyi sözün üstündə durmasa, B və C planımız olacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sloveniyalı həmkarı Borut Pahorla keçirdiyi mətbuat konfransında söyləyib.

Avropa Birliyi Türkiyəyə verdiyi sözün üstündə durmasa, B və C planımız olacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sloveniyalı həmkarı Borut Pahorla keçirdiyi mətbuat konfransında söyləyib.

Sloveniyalı bir jurnalistin AB-Türkiyə arasında imzalanan müqavilənin şərtlərinin yerinə yetirilməyəcəyi təqdirdə, Avropaya yeni miqrant dalğasının olub-olmayacağı barədə sualına Ərdoğan belə cavab verib:

"Biz viza məsələsində gözlənilən nəticəni əldə etməsək, eyni şəkildə Qızıl Ayparaya ödənişlər olmasa, Türkiyənin B və C planı olacaq. Barəmizdə verilən hər bir qərara "Bəli" demək məcburiyyətində deyilik. Çünki, AB-nin bu günə qədər bizə qazandırdığı heç bir şey yoxdur. Bunu açıq şəkildə bəyan etmək məcburiyyətindəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31