Nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik yoxdur
Hazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Bakı Nəqliyyat Agentlyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin o cümlədən də sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur.
16 Dekabr 2016 11:23 SosialHazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Bakı Nəqliyyat Agentlyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin o cümlədən də sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur. Məlumat üçün onu da bildirək ki, dünən axşam saatlarında paytaxtda müşahidə edilən hava şəraiti nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti Hava limanı və Zığ Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə ) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilib. Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı məsafədə saxlanılıb.