Bir cinayət 7 həyatı söndürdü
Türkiyədə bir cinayət 7 nəfərin həyatının məhvinə səbəb olub. Rıdvan 2 uşaq anası Fatmanı vəhşicəsinə öldürüb. Ana öldükdən sonra oğlu oğurluq edib, həbsxanaya girib, qızı uşaq yaşda evlənib. Ata qızının ölümündən sonra özünü günahlandıraraq infakrt keçirib. Nəvələri ilə ortada qalan nənə şəkər xəstəsi olub.
16 Dekabr 2016 11:16 DünyaTürkiyədə bir cinayət 7 nəfərin həyatının məhvinə səbəb olub. Rıdvan 2 uşaq anası Fatmanı vəhşicəsinə öldürüb. Ana öldükdən sonra oğlu oğurluq edib, həbsxanaya girib, qızı uşaq yaşda evlənib. Ata qızının ölümündən sonra özünü günahlandıraraq infakrt keçirib. Nəvələri ilə ortada qalan nənə şəkər xəstəsi olub.
"Habertürk" qəzetindən Mehmet İnmezin xəbərinə görə, İzmirin Torbalı mahalında 2 uşaq anası olan sevgilisi Fatmaya cinsi işgəncə edib boğazını kəsərək 33 yerindən bıçaqlayıb öldürən qatil Rıdvana ömürlük həbs cəzası verilib. Hadisədən sonra qalan ailə üzvləri çətin günlər yaşayıblar. Cinayət 2008-ci ildə Torbalıda törədilib.
Həyat yoldaşından boşanan 2 uşaqlı Fatma ilə sevgilisi Rıdvan arasında mübahisə yaranıb. Mübahisə qızışan zaman Rıdvan aldadıldığını iddia edərək sevgilisini sinəsindən bıçaqlayıb. O, qan içərisində yerə yıxılan qadına cinsi işgəncə verib. Cinayətin ardından əllərini yuyub üzərinə təmiz paltarlar geyən Rıdvan 2 gün gizləndikdən sonra peşman olduğunu söyləyərək polisə təslim olub.
Fatmanın ailəsindən faciələr əksik olmadı
Cinayətdən sonra qadının ailəsindən faciələr əksik olmayıb. Fatmanın anası və atası nəvələrinə baxa bilmədiklərinə görə onları uşaq evlərinə veriblər. Fatmanın oğlu çətin günlərə dözməyərək oğurluq edib və 14 yaşında həbsxanaya düşüb. Onun bacısı isə 14 yaşında evdən qaçaraq ailə qurub.
Fatmanın atası infarkt keçirdi
Qətl edilən Fatmanın atası qızına sahib çıxa bilmədiyinə görə özünü günahlandırıb. Günlərlə buna görə məyus olan kişi infarkt keçirərək dünyasını dəyişib. Həm qızını, həm ərini, həm də nəvələrini itirən nənə isə şəkər xəstəliyindən vəfat edib.