MTRŞ : “Çıxış yolu” verilişində efir etikasına və milli-mənəvi dəyərlərə zidd hallar aşkarlanıb

Milli Televiziya və Radio Şurası (MTRŞ) Lider telekanalında yayımlanan “Çıxış yolu” verilişində baş verənlərə münasibət bildirib.

Milli Televiziya və Radio Şurası (MTRŞ) Lider telekanalında yayımlanan "Çıxış yolu" verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-ın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib ki, veriliş təhlil edilib və bununla bağlı arayış yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, veriliş 1 saatlıq canlı yayımlanır: "Təhlillər zamanı verilişdə neqativ hallar, təhqiramiz, ədəbsiz ifadələr, söyüşlər, efir etikasına, milli-mənəvi dəyərlərə zidd hallar aşkarlanıb. Dəfələrlə demişik ki, efirdə, xüsusilə canlı yayımda belə problemlərin müzakirəsi zamanı ehtiyatlı və diqqətli olmaq lazımdır".

O bildirib ki, verilişlə bağlı təhlillər ümumiləşdirilərək arayış formasında protokollaşdırılıb və şuranın rəhbərliyinə təqdim olunacaq. Bununla bağlı hansı tədbirlərin görüləcəyi şuranın qərarından asılı olacaq. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31