Gündəm

Çində ən yüksək təhlükə səviyyəsi elan olunacaq - SƏBƏB?

16 Dekabr 2016 12:24

Çində havanın çirklənməsinə görə ən yüksək təhlükə səviyyəsi elan olunacaq. Məlumata görə, havanın çirklənməsi ilə bağlı ən yüksək təhlükə səviyyəsi - "qırmızı" səviyyə bu gündən Çinin paytaxtı Pekində və digər 22 şəhərdə elan olunacaq.

ŞOK: Bu yarışda öldürmək və təcavüz etmək olar - VİDEO

16 Dekabr 2016 12:22

Rus milyoner Yevgeni Pyatkovskinin təşkilatçısı olduğu yeni televiziya proqramı “Game 2: Winter” hər kəsi heyrətləndirib. Publika.az xəbər verir ki, “Hunger Games”dən (“Aclıq oyunları”) ilhamlanaraq hazırlanan realiti-şouda 30 iştirakçı mübarizə aparacaq.

Okeanda yeni canlı növləri tapıldı

16 Dekabr 2016 12:18

“Reports” elmi-tədqiqat jurnalında dərc olunan tədqiqat işində Hind okeanının dərinliklərində isti su mənbələri yaxınlığında 6 yeni canlı növünün kəşf edildiyi bildirilir.

Dövlət borcu spirtli içki ilə ödəniləcək

16 Dekabr 2016 12:16

Kuba Çexiyaya olan 276 milyon dövlət borcunu içki ilə ödəmək istəyir. Çerxiya Kubanın belə bir təklif irəli sürdüyünü açıqlayıb. Əgər Çexiya bununla razılaşarsa, 100 il boyunca rom içkisi ilə təmin olunmuş olacaq. Rəsmi Praqa Kubanın borcunu romla ödəməsi məsələsinə müsbət yanaşır. Ehtimallara görə, yaxın günlərdə müqavilə imzalanacaq. Publika.az 

Ermənistanın əli hər yerdən üzüldü: "Allaha yalvarmaqdan başqa yolumuz qalmadı..."

16 Dekabr 2016 12:13

Təqribən bir aya yaxındır ki, Gürcüstanın Rusiya ilə sərhədindəki "Yuxarı Lars" sərhəd-keçid məntəqəsi Hərbi Gürcüstan Yolunun güclü qar səbəbindən keçilməz olmasına görə bağlıdır.

Tramp prezident seçildikdən sonra dollar möhkəmlənməkdədir

16 Dekabr 2016 12:10

Bugünkü ticarət sessiyasında dolların indeksi 103 bənd səviyyəsində sabitləşib.  Ötən gün dolların indeksi 103,56 bənd səviyyəsində idi ki, bu da 14 illik maksimumdur.

Ekologiya və təbii sərvətlər naziri Zərdabda vətəndaşları qəbul edəcək

16 Dekabr 2016 12:08

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 27-də Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zərdab, Bərdə, Tərtər, Ucar, Xocavənd və Laçınrayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Rusiyada Ulyukayevə məxsus torpaq sahələri və yaşayış evinə həbs qoyulub

16 Dekabr 2016 12:07

Rusiya paytaxtı Moskvanın Basman rayon Məhkəməsi sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə məxsus 10 torpaq sahəsi və yaşayış evinə həbs  qoyub.

ŞOK YENİLİK: 3 valideynli uşaqların doğulmasına icazə verildi

16 Dekabr 2016 12:05

İki ana və bir atası olan uşaqların dünyaya gətirilməsinə rəsmi icazə verilib. İngiltərədə bir qrup həkim tərəfindən uzun illərdir araşdırılan bu yenilik nəticəsində növbəti il ilk uşaq dünyaya gələcək. Məqsəd genetik xəstəliklərin dünyaya gələcək uşaqlara ötürülməsinin qarşısını almaqdır.

Vladimir Putin: “Yaponiya ilə sülh müqaviləsi imzalamağımız mümkündür”

16 Dekabr 2016 12:02

"Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdik”.

SON DƏQİQƏ - Putin: "Ərdoğanla razılığa gəldik"

16 Dekabr 2016 12:00

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriyaya dair sülh danışıqlarının Qazaxıstanın paytaxtı Astanada davam etdirilməsi haqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla razılaşdıqlarını açıqlayıb.

Prezidentin sərəncamına əsasən Tarix İnstitutunda dissertasiya işi müdafiə olunub

16 Dekabr 2016 11:57

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu nəzdindəki dissertasiya şurasının iclasında Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamına əsasən “XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın qərb bölgəsinin sosial-iqtisadi və mədəni həyatında köçkünlərin iştirakı tarixindən” mövzusunda dissertasiya işi müdafiə olunub.

Avtomobilin gizli saxlanc yerlərindən pirotexniki vasitələr aşkar olunub

16 Dekabr 2016 11:53

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycana gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 134 ədəd fişəng və 21600 ədəd pirotexniki vasitələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Bakı sakini çoxmərtəbəli yaşayış binasından yıxılaraq öldü

16 Dekabr 2016 11:51

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində eyvanın damına düşərək vəfat etməsi barədə məlumat daxil olub.“Olaylar” FHN-in saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, cəsədi eyvanın damından aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:02-də başa çatıb. Rayon Prokurorluğundan isə verilən məlumata görə, Dəmirçizadə küçəsi 7 A ünvanında çoxmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan 35 yaşlı Orxan Valeh oğlu Həsənov eyvandan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. O. Həsənov siqaret çəkmək üçün eyvana çıxıb və bu zaman huşunu itirərək yıxılıb.

Sarkisyanı devirəcək yeni güc mərkəzi yaranır

16 Dekabr 2016 11:46

Ermənistanın “Jamanak” qəzeti siyasi dairələrdə narahatlıq doğuracaq bir xəbər yayıb. Məlumata görə, qəzet keçmiş nazirlər – Vardan Oskanyan və Seyran Ohanyanın keçmiş baş nazir Ovik Abramyanın istefa verməsindən bir az əvvəl xarici ölkələrin birində görüşüb Ermənistandakı siyası durumu müzakirə etmələrinə diqqəti çəkib.