Rusiyada Ulyukayevə məxsus torpaq sahələri və yaşayış evinə həbs qoyulub

Rusiya paytaxtı Moskvanın Basman rayon Məhkəməsi sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə məxsus 10 torpaq sahəsi və yaşayış evinə həbs  qoyub.

Rusiya paytaxtı Moskvanın Basman rayon Məhkəməsi sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə məxsus 10 torpaq sahəsi və yaşayış evinə həbs  qoyub. Məlumata görə, məhkəmənin mətbuat katibi Yunona Tsaryova hələ 29 noyabr tarixində keçmiş nazirin Smolensk vilayətindəki 10 torpaq sahəsinə həbs qoyulduğunu açıqlayıb.

A. Ulyukayev yerli mətbuata Smolensk vilayətində kənd təsərrüfatı ilə məşğul olduğunu bildirmişdi.
 

Qeyd edək ki, noyabrın 15-də Rusiya İstintaq Komitəsi nazir Aleksey Ulyukayevin "Rosneft" şirkətinə "Başneft"i alması üçün müvafiq icazə verməyin əvəzində 2 milyon dollar rüşvət alarkən saxlanıldığını açıqlayıb. Məhkəmənin qərarı ilə onun barəsində yanvarın 15-dək ev dustaqlığı qərarı verilib. Prezident Vladimir Putin A. Ulyukayevi tutduğu vəzifədən azad edib. Sabiq nazir özünü günahkar hesab etmir. Apa.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31