ŞOK: Bu yarışda öldürmək və təcavüz etmək olar - VİDEO

Rus milyoner Yevgeni Pyatkovskinin təşkilatçısı olduğu yeni televiziya proqramı “Game 2: Winter” hər kəsi heyrətləndirib. Publika.az xəbər verir ki, “Hunger Games”dən (“Aclıq oyunları”) ilhamlanaraq hazırlanan realiti-şouda 30 iştirakçı mübarizə aparacaq.

Rus milyoner Yevgeni Pyatkovskinin təşkilatçısı olduğu yeni televiziya proqramı "Game 2: Winter" hər kəsi heyrətləndirib.

Publika.az xəbər verir ki, "Hunger Games"dən ("Aclıq oyunları") ilhamlanaraq hazırlanan realiti-şouda 30 iştirakçı mübarizə aparacaq.

Sibirin vəhşi təbiətinə buraxılan yarış iştirakçıları arasında gedən amansız mübarizə televiziya ekranlarında nümayiş etdiriləcək. Vəhşi heyvanların olduğu meşədə doqquz ay ərzində fərqli ölkələrdən 15 qadın və 15 kişi yaşamaq uğrunda mübarizə aparacaq, 40 dərəcə şaxtada onlara verilən bıçaqla ov edərək qarınlarını doyuracaqlar.

Qalib təxminən 1 milyon 600 min dollar qazanacaq. Pyatkovskinin sözlərinə görə, proqramda siqaret və içki içməyə, döyüşməyə, təcavüz etməyə və öldürməyə icazə veriləcək.

Yarış iştirakçıları iki min gizli kamera ilə bütün günü izləniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31