SON DƏQİQƏ - Putin: "Ərdoğanla razılığa gəldik"
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriyaya dair sülh danışıqlarının Qazaxıstanın paytaxtı Astanada davam etdirilməsi haqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla razılaşdıqlarını açıqlayıb.
16 Dekabr 2016 12:00 DünyaRusiya Federasiyasının prezidenti Vladimir Putin Suriyaya dair sülh danışıqlarının Qazaxıstanın paytaxtı Astanada davam etdirilməsi haqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla razılaşdıqlarını açıqlayıb.
Putin Yaponiya səfəri zamanı təşkil etdiyi mətbuat konfransında "Reuters" xəbər agentliyinə Astanadakı danışıqların İsveçrənin Cenevrə şəhərində BMT-nin vasitəçiliyi ilə aparılan müzakirələrə əlavə olaraq gerçəkləşdiriləcəyi haqda məlumat verib.
Putin Rusiyanın Suriyada məqsədinin atəşkəsi təmin etmək olduğunu deyib. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31