Gündəm
Hələblilərdən mesaj var
Suriyada İran silahlı qüvvələrinin və rejimin silahlı dəstələrinin basqınından azad olmaq hələblilər, müxalifətin nəzarəti ilə İdlibə gətiriliblər. İdlibə çatan vətəndaşlar, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.
Sabaha olan hava proqnozu açıqlanıb
Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən, yağmursuz, səhər zəif dumanlı və çiskinli olacaq.
Qafqaz Universitetində 6 prorektor və 20-dək əməkdaş işdən azad olunub
Qafqaz Universitetinə yeni rektor təyin olunandan indiyədək 20-yə yaxın əməkdaş işdən azad olunub.
Bərgüşad-Müsüslü mənzilində 12,5 km yol əsaslı təmir olunur
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, dekabrın 16-da Bərgüşad-Müsüslü mənzilində 12,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri on gün davam edəcək.
Gənclər erkən nigah əleyhinə maarifləndirilir
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Erkən nigah əleyhinə yeniyetmələrin maarifləndirilməsi” layihəsinin icrasına başlanılıb. “OLAYLAR”-ın xəbərinə görə, layihə çərçivəsində ilk tədbir Suraxanı rayonunda yerləşən S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya və 141 saylı məktəbdə təşkil olunub. Tədbirdə layihə rəhbəri Ceyhun Qənbərzadə, YAP Gənclər Birliyi ofisinin əməkdaşı Əli Qənbərli iştirak edib. Məktəblilərə Gənclər Fondu haqqında məlumat verən layihə rəhbəri iştirakçı gənclərinin hər birini erkən yaşda nigaha daxil olmamağa çağırıb. Daha sonra Əli Qənbərli erkən nigahların fəsadları, onların gələcəkdə Azərbaycan genefonduna mənfi təsirləri barədə məktəblilərə məlumat verib.
Gələn ilin dövlət büdcəsi təsdiq edildi
Milli Məclisin dekabrın 16-da keçirilən iclasında gələn ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələri təsdiq edilib. “Olaylar” xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin dayanıqlığını təmin etmək məqsədilə millət vəkillərinin irəli sürdükləri təkliflər nəzərdən keçirilib. Qərara alınıb ki, dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsaitin həcmi 3 milyon, Milli Məclisin saxlanması xərclərinə isə 850 min manat əlavə edilsin. Bununla da 2017-ci ilin dövlət düdcəsi zərfinə daxil olan qanun layihələri qəbul edilib. Xatırladaq ki, büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.
XƏBƏRDARLIQ: Bu dərmanlar kişilərdə sonsuzluq yaradır
Xüsusilə mədə göynəməsi əleyhinə uzun müddət istifadə edilən dərmanlar kişilərdə sperma sayını aşağı salaraq sonsuzluğa səbəb olur.
Rövnəq Abdullayev və Kəmaləddin Heydərov estakadanın uçduğu əraziyə gediblər
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması ilə əlaqədar hadisə yerindədirlər.
Konyada terrorçu İŞİD-lə əlaqədə şübhəli bilinən 33 nəfər həbs edilib
Türkiyənin Konya şəhərində terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində saxlanılan 43 şübhəlidən 33 nəfəri barəsində həbs qətiimkan tədbiri seçilib.
Yerevanın mərkəzində bankomat partladılıb, daha iki bankomata hücum olub
Yerevanın mərkəzində bankomat partladılıb, şəhərin Arabkir və Kentron rayonlarında isə bankomata hücum olub.
53 əcnəbi məhbus öz ölkəsinə təhvil verilib
Bu il ərzində Azərbaycanda cinayət törətdikləri üçün azadlıqdan məhrum edilmiş 53 xarici ölkə vətəndaşı öz ölkəsinə təhvil verilib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Həmin məhkumlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər. Nazirlikdən bildirilib ki, il ərzində müxtəlif xarici ölkələrdə cinayət törətdiyi üçün azadlıqdan məhrum edilmiş 54 azərbaycanlı məhkum Azərbaycana təhvil verilib.
İlham Əliyev: “Status-kvo”nun dəyişməsi Qarabağ nizamlanmasının əsasını təşkil etməlidir”
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən L. İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən L. İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Yollarda təhlükəsizlik məqsədilə tədbirlər həyata keçirilib
Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq ötən gün axşam saatlarından etibarən “Azəravtoyol” ASC-i Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına kifayət qədər maşın-mexanizm və texnika çıxarıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müdət ərzində sözügedən yollarda qarın tmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
ABŞ Dövlət Departamentinin xüsusi elçisi Natiq Əliyevlə görüşüb
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyəti ilə energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, nazir Natiq Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisini yenidən Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, ABŞ hökumət nümayəndələri ilə mütəmadi keçirilən görüşlərin həmişə enerji məsələlərinə töhfə verdiyini qeyd edib.
Məşhur yazar öldürüldü
Ötən gün saat 18:00 – da Türkiyənin İstanbul şəhərində Beki İkala Erikli seminarı olacağı ofisine gedərkən, liftin önündə kimliyi məlum olmayan bir qadın tərəfindən silahlı basqına məruz qalıb. Silahlı qadın Beki İkala Eriklinin bədəninin müxtəlif yerlərindən 3 güllə atəşi ilə yaralanıb. Güllə səsinə gələn vətəndaşlar polisə və təcili yardıma xəbər veriblər. Həkimlərin səyinə baxmayaraq, Eriklinin həyatını xilas etmək mümkün olmayıb. Silahlı qadın hadisə yerindəcə dərhal uzaqlaşıb.




.jpg)









