Gənclər erkən nigah əleyhinə maarifləndirilir
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Erkən nigah əleyhinə yeniyetmələrin maarifləndirilməsi” layihəsinin icrasına başlanılıb. “OLAYLAR”-ın xəbərinə görə, layihə çərçivəsində ilk tədbir Suraxanı rayonunda yerləşən S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya və 141 saylı məktəbdə təşkil olunub. Tədbirdə layihə rəhbəri Ceyhun Qənbərzadə, YAP Gənclər Birliyi ofisinin əməkdaşı Əli Qənbərli iştirak edib. Məktəblilərə Gənclər Fondu haqqında məlumat verən layihə rəhbəri iştirakçı gənclərinin hər birini erkən yaşda nigaha daxil olmamağa çağırıb. Daha sonra Əli Qənbərli erkən nigahların fəsadları, onların gələcəkdə Azərbaycan genefonduna mənfi təsirləri barədə məktəblilərə məlumat verib.
16 Dekabr 2016 12:59 SosialAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "Erkən nigah əleyhinə yeniyetmələrin maarifləndirilməsi" layihəsinin icrasına başlanılıb. "OLAYLAR"-ın xəbərinə görə, layihə çərçivəsində ilk tədbir Suraxanı rayonunda yerləşən S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya və 141 saylı məktəbdə təşkil olunub. Tədbirdə layihə rəhbəri Ceyhun Qənbərzadə, YAP Gənclər Birliyi ofisinin əməkdaşı Əli Qənbərli iştirak edib. Məktəblilərə Gənclər Fondu haqqında məlumat verən layihə rəhbəri iştirakçı gənclərinin hər birini erkən yaşda nigaha daxil olmamağa çağırıb. Daha sonra Əli Qənbərli erkən nigahların fəsadları, onların gələcəkdə Azərbaycan genefonduna mənfi təsirləri barədə məktəblilərə məlumat verib.