ABŞ Dövlət Departamentinin xüsusi elçisi Natiq Əliyevlə görüşüb
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyəti ilə energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, nazir Natiq Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisini yenidən Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, ABŞ hökumət nümayəndələri ilə mütəmadi keçirilən görüşlərin həmişə enerji məsələlərinə töhfə verdiyini qeyd edib.
16 Dekabr 2016 12:28 SosialABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyəti ilə energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, nazir Natiq Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisini yenidən Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, ABŞ hökumət nümayəndələri ilə mütəmadi keçirilən görüşlərin həmişə enerji məsələlərinə töhfə verdiyini qeyd edib. Başa çatmaqda olan 2016-cı ili enerji sahəsində nailiyyətlər ili kimi qiymətləndirən Natiq Əliyev ölkədə neft-qaz hasilatı, yataqların işlənməsi və iri enerji layihələrinin həyata keçirilməsi ilə bağlı vəziyyətin tam nəzarət altında və qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdırıb. O, Azərbaycan üçün "Cənub Qaz Dəhlizi" layihəsinin prioritet olduğunu və hökumətin bu layihənin yerinə yetirilməsinə sadiqliyini vurğulayıb. Natiq Əliyev Yunanıstan və İtaliya hökumətində baş verən dəyişikliklər və digər faktorların layihənin vaxtında icrasına mümkün təsirləri ilə bağlı narahatlıqlardan da danışaraq, ABŞ-ın vəziyyətin tənzimlənməsində rolunu zəruri hesab edib. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn isə Azərbaycana həmişə dost kimi gəldiyini və 1994-cü ildə ilk gəlişindən indiyə qədər ölkədə müsbətə doğru baş verən köklü dəyişikliklərdən məmnun olduğunu bildirib.. "Cənub Qaz Dəhlizi" layihəsinin onun xüsusi diqqətində olduğunu vurğulayan Amos Hokstayn deyib ki, "Cənub Qaz Dəhlizi" Azərbaycan üçün çox vacibdir. Amma Azərbaycanla bərabər, bəlkə də ondan daha çox Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Görüşdə həmçinin dünya neft bazarında qiymətin sabitləşdirilməsi ilə bağlı OPEC çərçivəsində keçirilən görüşlər və görülən tədbirlər barədə müzakirələr aparılıb. Bildirilib ki, neftin qiymətində sabitliyin gözlənilməsi və qiymət dəyişikliyinə təsir edən amillərin əvvəlcədən müəyyənləşdirilməsi önəmlidir.