Gündəm
Aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada satanlara 1 il həbs cəzası veriləcək
Azərbaycanda aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada satılması ilə bağlı cəzalar sərtləşdirilib. “Olaylar” xəbər verir ki, bununa bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib. Cinayət Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan məhsulları (mallar) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almaya görə 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişikliyə əsasən isə pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan məhsulları (mallar) nağd qaydada az miqdarda satılması, belə məhsulları satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat məbləğində cərimə ediləcək. Layihə səs verməyə çıxarılaraq qəbul olunub.
Moskva polisi erməni iş adamı Karen Qubasaryanı axtarır
Moskva polisi 28 yaşlı erməni iş adamı, Rusiya paytaxtında inşaat firmasına rəhbərlik edən Karen Qubasaryanı axtarır. Bildirilir ki, onun avtomobili ilə səkidə gedən piyada vurulub. Piyada Yuri Karpov hadisə yerində keçinib.
Şahid: "Tenderlər formal təşkil edilirdi" - “RABİTƏ İŞİ”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Facebook" yalana qarşı mübarizəyə başlayır
"Facebook" sosial şəbəkədə yayılan informasiyaların doğruluğunu araşdırmağa başlayır. Bunu sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberq açıqlayıb. O bildirib ki, məlumatların yoxlanılmasını müstəqil qurumlar həyata keçirəcək.
ATƏT-in fəaliyyəti münaqişələrin həllində önəmli çəkiyə malik deyil
Daha bir ili başa vurmaq ərəfəsindəyik. 2016-cı il Azərbaycan üçün bir sıra müsbət və bəzi mənfi məqamları ilə yadda qaldı. Cari il ərzində əldə etdiyimiz ən ciddi uğur və nailiyyət isə aprel döyüşləri oldu. Belə ki, 2-5 aprel tarixlərində erməni təxribatına qarşı cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illər erməni işğalı altında olan bir sıra strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Azərbaycan tərəfdən indiyə qədər almadığı bir zərbə alan işğalçı ölkə atəşkəs xahişi edərək yenidən manevrlər etməyə başladı. Və beləliklə 2016-cı il başa çatmaq üzrə olsa da, bu il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir irəliləyiş əldə edilmədi. Elə ekspertlər də bu qənaətdədirlər.
Vəhşi xislətli insanların korluğu
Hər gün bir xoşagəlməz hadisə, ya da faciəli xəbər eşidirk. Bir xəbər o biri xəbəri “döyür”, sanki ölkədə pisliklər bir-biri ilə yarışa giriblər. Sanki dünyanın sonu umiş kimi insanlıq dəyərdən düşür, ali dəyərlər çürüyür. Cəmiyyət az qala kriminal hala gəlib. Hara gedirik? Niyə gedirik? Suallar beynimizi ağır çəkic zərbəsi kimi döyəcləyir... ağrıdır.
Kadr qıtlığı, yoxsa fərqli yanaşma tərzi?
Son zamanlar dünyada baş verən siyasi və iqtisadi proseslərlə bağlı şərhlərdə yanlışlıqlara yol verildiyi müşahidə olunur. Bu isə birmənalı şəkildə Azərbaycanda beynəlxalq siyasi və iqtisadi münasibətlər üzrə mütəxəssis qıtlığı anlamına gətirir. Düzdür, ölkənin ali təhsil müəssisələrində sözügedən sahələr üzrə kifayət aədər “kadr” buraxılır, ancaq reallıqda həmin “mütəxəssislər” günün gündüz çağında belə çıraqla axtarılır. Məhz mütəxəssis kasadlığı nəticəsində dünyada baş verən hadisələr ölkəmizdə yanlış yozularaq insanlar səhv məlumatlandırılır.
FED-in qərarının dünya bazarlarına mümkün təsirləri
Artıq bir neçə gündür ki, dünya birjalarında Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin məlum qərarı əsas müzakirə predmetinə çevrilib. Düzdür, okeanın o tayından FED-in uçot dərəcəsini qaldıracağı hələ bir müddət əvvəl proqnozlaşdırılırdı. Amma yenə də Birləşmiş Ştatların belə bir addım atmayacağına müəyyən ümidlər də vardı. Bəs, FED-in uçot dərəcəsini qaldırmasına təsir edən başlıca amillər hansılar idi?
XİN-in "Qara siyahısı"na düşmüş əcnəbilərə "ASAN Viza" veriləcəkmi?
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Xarici İşlər Nazirliyinin "Qara siyahısı"na düşmüş əcnəbilərə "ASAN Viza" portalı vasitəsilə vizanın necə veriləcəyinə münasibət bildirib.
Məyus edən ARAŞDIRMA: Hər 7 pilotdan biri...
Ötən il alman pilot Andreas Lubitzin təyyarəni qəsdən dağa çırparaq 150 insanın ölümünə səbəb olduğundan, yəqin ki, çoxlarınızın xəbəri var. Bu faciəvi hadisədən sonra Lubitzin psixoloji problemlərinin olub-olmadığı haqda çox danışılmışdı.
Erməniyə qalib gəlib dünya çempionu oldu
Kiprin Limassol şəhərində kadetlər arasında sambo üzrə dünya birinciliyi davam edir. Goal.az xəbər verir ki, 21 ölkədən samboçuların mübarizə apardığı yarışda Azərbaycan millisi iki medal qazanıb. Birincilikdə 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacəli Qasımov finaladək inamla irəliləyib. Qızıl medal uğrunda idmançımız Ermənistan samboçusundan üstün olub və dünya çempionu olub.
Ekspert: “Uşaqlara öz ana dilini bildikdən sonra xarici dil öyrədilməlidir”
“Klassik və müasir pedeqoqların eksperimental nəticələrinə görə, uşaqlara hər hansı xarici dil ibtidai sinifdən öyrədilməyə başlanılmalıdır. Məktəbəqədər yaş dövründə uşağa xarici dili öyrətmək məsləhət görülmür”. Bunu açıqlamasında təhsil eksperti Əjdər Ağayev deyib.
“Əsgərə məktub” layihəsi davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Əsgərə məktub” layihəsi davam edir Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan I-XI sinif şagirdləri könüllülük əsasında əsgərlərə məktub yazırlar.
Azərbaycanlı milyonçu Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri aparılıb
Biləcəri qəsəbəsində dəfn edilən tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri tamamlandıqdan sonra ziyarət üçün açıq elan olunub. “OLAYLAR”-ın xəbərinə görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində açıq havada təşkil olunan ziyarətdə Rayon İcra Hakimiyyətinin rəsmiləri , Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, məşhur milyonçu- xeyriyəçinin nəvəsi Dilarə Nağıyeva və həmin təşkilatın üzvləri, abidənin müəllifi- tanınmış heykəltəraş Azad Əliyev, abidənin bərpa işlərinin tamamlanmasına dəstək göstərən xeyriyyəçi insanlar,qəsəbə sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Ağa Musa Nağıyevin Azərbaycan üçün dəyərindən danışıb.
Xəzərdən meyidi çıxarılan neftçi dəfn edildi
Dünən səhər saatlarında Xəzərdə baş vermiş faciə nəticəsində həyatını itirən və gün ərzində meyidi sudan çıxarılaraq sahilə gətirilən 1958-ci il təvəllüdlü İlham Qafarov dəfn edilib.














