Kadr qıtlığı, yoxsa fərqli yanaşma tərzi?
Son zamanlar dünyada baş verən siyasi və iqtisadi proseslərlə bağlı şərhlərdə yanlışlıqlara yol verildiyi müşahidə olunur. Bu isə birmənalı şəkildə Azərbaycanda beynəlxalq siyasi və iqtisadi münasibətlər üzrə mütəxəssis qıtlığı anlamına gətirir. Düzdür, ölkənin ali təhsil müəssisələrində sözügedən sahələr üzrə kifayət aədər “kadr” buraxılır, ancaq reallıqda həmin “mütəxəssislər” günün gündüz çağında belə çıraqla axtarılır. Məhz mütəxəssis kasadlığı nəticəsində dünyada baş verən hadisələr ölkəmizdə yanlış yozularaq insanlar səhv məlumatlandırılır.
16 Dekabr 2016 13:45 SosialTelekanallarımızda bəzən zorakılıq faktı xilas əməliyyatı kimi təqdim olunur
Son zamanlar dünyada baş verən siyasi və iqtisadi proseslərlə bağlı şərhlərdə yanlışlıqlara yol verildiyi müşahidə olunur. Bu isə birmənalı şəkildə Azərbaycanda beynəlxalq siyasi və iqtisadi münasibətlər üzrə mütəxəssis qıtlığı anlamına gətirir. Düzdür, ölkənin ali təhsil müəssisələrində sözügedən sahələr üzrə kifayət aədər "kadr" buraxılır, ancaq reallıqda həmin "mütəxəssislər" günün gündüz çağında belə çıraqla axtarılır. Məhz mütəxəssis kasadlığı nəticəsində dünyada baş verən hadisələr ölkəmizdə yanlış yozularaq insanlar səhv məlumatlandırılır. Xüsusən, telekanallarda xəbərlər proqramları hazırlanan zaman təcrübəli kadrların potensialından istifadə edilmədiyindən dünyada baş verən hadisələrlə bağlı anlaşılmazlıqlar yaranır.
Millət vəkili Fazil Mustafa bildirib ki, bəzən telekanallar xarici ölkələrdə baş verən hadisələrlə bağlı süjet hazırlayan zaman yanlışlıqlara yol verilir: "Mənim üçün bir məsələ anlaşılmaz qaldı. Suriyanın Hələb şəhərində Əsəd-Rusiya-İran hərbi birləşmələri tərəfindən keçirilən əməliyyatlar nəticəsində burada yaşanan humanitar fəlakət və yüzlərlə insanın zorakılıqla üzləşməsi faktının Azərbaycan televiziyalarının xəbərlərində xilas əməliyyatı kimi təqdim edilməsi görəsən haradan qaynaqlanır? Sanki İranın rəsmi televiziyalarının verdiyi məlumatların təkrarını dinləyirsən".O, deyib ki, Hələbdə İŞİD terrorçularının və başqa qruplaşmaların olması faktını vurğulamaq olardı, ancaq onlara qarşı da savaşanların terrorçu olduğunu unutmamaq və bunların sırf anti-Türkiyə koalisiyasının üzvləri olduğunu gözardı etməmək lazımdır: "Digər tərəfdən burada qalan mülki əhalinin Türkiyə ilə daha dərin qohumluq bağları var və indi onların yoğun atəş çəmbərindən xilas olması üçün Türkiyə çox ciddi diplomatik çalışmalar həyata keçirir. Hələb əməliyyatı əslində birbaşa Türkiyənin bölgədə mövqeyini zəiflətmək üçün başladılmışdır və belə anlaşılır ki, Azərbaycanın informasiya məkanındakı Türkiyəyə qarşı olan qüvvələr bunu rəsmi xəbərlərdə ifadə etməyi məqsədəuyğun saymışlar. Halbuki bizim efir məkanında Türkiyənin maraqları müdafiə edilməsə də, heç olmazsa İranın, Rusiyanın maraqlarının müdafiəçisi kimi də görünməməliydik. Hər halda bu məsələyə mütləq aydınlıq gətirilməlidir". Millət vəkili Qənirə Paşayeva da deputat həmkarı ilə həmrəy olduğunu bildirib: "Deputat həmkarım Fazil Mustafanın Azərbaycan televiziyalarında Suriya ilə bağlı gedən xəbərlərin əksəriyyətində yanaşmaların doğru olmaması ilə bağlı narahatlığını bölüşürəm. Bir müddət əvvəl televiziyalarımızdan biri İraqda baş verən hadisələri müzakirə edirdi. Baxdım ki, çıxış edənlərin heç biri bir dəfə də olsun İraqda olmayıb. Ölkənin keçmişi, yaşanılan proseslər, etnik və dini baxımdan vəziyyət və s. kimi həssas mövzuları içəridə görməyib, hiss etməyib, amma şərh edirdi və İraqda dəfələrlə olmuş və jurnalist kimi İraq müharibəsi dövründə çalışmış bir insan kimi deyirdim bunlar nə danışır, bunların mənim gördüyüm İraqdan xəbəri belə yoxdur". Onun qeyd etdiyinə görə, bir neçə gün əvvəl isə Suriyadan danışırdılar - yenə də həyatında Suriyanı görməmiş insanlar geniş şərhlər verirdilər: "Suriyanın hər tərəfini görmüşəm, dəfələrlə Hələb, Dəməşqlə bərabər Bayırbucaq, Türkməndağı deyilən bölgələr və bir sıra digər bölgələrində oluşam amma dinlədiyim adamlar sanki başqa bir ölkədən danışırdılar. Bəziləri isə heç olmasa, doğru analiz etmək üçün müxtəlif mənbələri oxumağa belə tənbəllik etmişdilər və bu, çıxışlarında çox aydın hiss olunurdu. Ümumi yayılmış bəzi məlumatlar səviyyəsində danışırdılar və təbii ki, məlumatlı tamaşaçıya maraqlı deyildi. Bəzi fikirlər isə tamamilə doğru yanaşma deyildi. Misir hadisələrində də eyni vəziyyət olmuşdu. Bir neçə dəfə doğru deyil bu yanaşma dediyimdə hətta tanınmış bir televiziyanın həmin proqramdan məsul bir əməkdaşı "Qənirə xanım, o proqramlarda o adamların danışması lazımdır. Belə məsləhətdir" demişdi. Ölkədə İraqı, Suriyanı, Misiri görənlər,bilənlər,orada çalışan mütəxəssislər(bir sıra adları çəkirəm) nədən məsləhət deyil, sadəcə, o adamlar məsləhətdi onu anlamadım dediyimdə isə üzümə baxıb, ciddi bir cavab verə bilməmişdi. Nə isə... Çox şey söyləmək olar. Amma bu qədəri də arif olan üçün yetərlidir. Bu məsələdə televiziyaların əksəriyyəti eyni vəziyyətdədir. Çox təəssüf..."
Alim