Erməniyə qalib gəlib dünya çempionu oldu

Kiprin Limassol şəhərində kadetlər arasında sambo üzrə dünya birinciliyi davam edir. Goal.az xəbər verir ki, 21 ölkədən samboçuların mübarizə apardığı yarışda Azərbaycan millisi iki medal qazanıb. Birincilikdə 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacəli Qasımov finaladək inamla irəliləyib. Qızıl medal uğrunda idmançımız Ermənistan samboçusundan üstün olub və dünya çempionu olub.

Kiprin Limassol şəhərində kadetlər arasında sambo üzrə dünya birinciliyi davam edir.

Goal.az xəbər verir ki, 21 ölkədən samboçuların mübarizə apardığı yarışda Azərbaycan millisi iki medal qazanıb.

Birincilikdə 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacəli Qasımov finaladək inamla irəliləyib. Qızıl medal uğrunda idmançımız Ermənistan samboçusundan üstün olub və dünya çempionu olub.

Digər medalı isə yığmamıza Vilayət Bayramov (55 kq) qazandırıb. Samboçumuz yarışı üçüncü pillədə başa vurub.

Yarışa dekabrın 15-də yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31