"Facebook" yalana qarşı mübarizəyə başlayır
"Facebook" sosial şəbəkədə yayılan informasiyaların doğruluğunu araşdırmağa başlayır. Bunu sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberq açıqlayıb. O bildirib ki, məlumatların yoxlanılmasını müstəqil qurumlar həyata keçirəcək.
16 Dekabr 2016 13:52 Sosial"Facebook" sosial şəbəkədə yayılan informasiyaların doğruluğunu araşdırmağa başlayır.
Bunu sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberq açıqlayıb. O bildirib ki, məlumatların yoxlanılmasını müstəqil qurumlar həyata keçirəcək.
M. Zukerberq yayılan yalan xəbərlərin faizinin yüksək olmadığını söyləyib. Lakin o bildirib ki, "Facebook" xəbər distribyutoru yox, kommunikativ meydançadır və bu meydançada yayılan məlumatlara görə məsuliyyət daşıyır.
M. Zukerberq saxta informasiyaların qarşısının alınmasında jurnalistlərlə də əməkdaşlıq edəcəklərini və bu tip yalanları yayaraq reklam gəliri əldə etmək istəyən peşəkar saxtakarlara sanksiyalar tətbiq olunacağını açıqlayıb. Lent.az